Icma.az
close
up
RU
Heç bir dövlətə aid olmayan bölgə: Bir Tavilin tarixçəsi...

Heç bir dövlətə aid olmayan bölgə: Bir Tavilin tarixçəsi...

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Dünyanın quru ərazisinin demək olar ki, hamısı dövlətlər arasında bölüşdürülsə də bəzi ərazilərin sahibi bəlli deyil. Sahibsiz olan torpaq sahələrindən ən böyüyü Bir Tavildir. 

Sfera.az xəbər verir ki, bu ərazi Misir və Sudan arasında yerləşir. 

Sahəsi təxminən 2060 kvadrat kilometr olan sözügedən ərazi səhradan ibarətdir. Qonşu ölkələrdən nə Misir, nə də Sudan bu bölgəni öz ərazisi kimi qəbul edir. Bunun əsas səbəbi tarixdə iki fərqli sərhəd cizgiləridir. 1899-cu ildə İngiltərə Misir-Sudan sərhədini 22-ci paralel olaraq təyin etdi və bu nizama görə, Həlaib üçbucağı Misirə aid idi. Həmin bölgüyə görə Bir Tavil adlanan ərazi Sudanın nəzarətinə verildi. Cəmi üç il sonra, 1902-ci ildə ingilislər bölgədəki qəbilələrin yaşayış sahələrini nəzərə alaraq inzibati sərhədləri dəyişdirdilər. Bu dəfə Həlaib üçbucağı Sudana, Bir Təvil Misirə verildi. 

Lakin bu gün Misir 1899-cu il sərhədini qəbul edir və Həlaib üçbucağını öz ərazisi hesab edir. Sudan 1902-ci il sərhədinə əsaslanaraq Həlaibin ona aid olduğunu iddia edir və Bir Tavilin Misirə aid olduğunu bildirir. 

Bu ixtilafın nəticəsi olaraq hər iki ölkə Həlaibi istədi, Bir Tavildən isə imtina etdi. Nəticədə Bir Tavil “terra nullius” (heç kimə məxsus torpaq) statusunu aldı. Bir Tavil səhra iqlimi olan və daimi yaşayış məntəqələri olmayan, iqtisadi cəhətdən cəlbedici olmayan bölgədir. Yalnız Ababda və Bişari kimi köçəri tayfalar zaman-zaman bölgədən keçirlər. Bununla belə, bəzi macəraçılar və mikromillət həvəskarları öz “krallıqlarını” elan etmək üçün bölgəyə səfər ediblər. Ən maraqlı hadisələrdən biri də odur ki, 2014-cü ildə Amerikalı Jeremiah Heaton “qızını şahzadə etmək üçün” Bir Tavilə getmiş və “Şimali Sudan Krallığı” elan etmişdi.

Bir Tavilin ümumi sahəsi 2060 km² təşkil edir. Bir Tavilin qərbdən şərqə doğru uzunluğu şimalda 95 km-dən cənubda 46 km-ə qədər, şimaldan cənuba uzunluğu 26-dan 31 km-ə qədərdir. Bir Tavilin şimal hissəsində hündürlüyü 459 metr olan Tavil dağı, şərqdə Xəzər-əz-Zərka dağı (662 metr), cənubda Tavil vadisi yerləşir.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri