Icma.az
close
up
RU
Heç kim müharibənin sonunun yaxın olduğunu hiss etmir The Washington Post

Heç kim müharibənin sonunun yaxın olduğunu hiss etmir The Washington Post

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Belə davam edə bilməz, biz geri çəkilirik, onlar irəliləməkdə davam edir, hansı qələbədən söhbət gedə bilər ki?.."

Dünya Milad bayramını qeyd edən zaman ön cəbhədə olan ukraynalı hərbçilər işğalçıların həmlələrinin qarşısını alır və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanın törətdiyi müharibəyə son qoya biləcəyi məsələsi üzərində baş sındırır.

Moderator.az xəbər verir ki, "The Washington Post" nəşri ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsindən yazıb.

Ovqatımız yaxşı deyil, bunu 33-cü mexanikləşdirilmiş briqada komandirinin Kirill adlı müavini etiraf edib. "Heç kim müharibənin sonunun yaxın olduğunu hiss etmir. Mənəvi ruhumuz getdikcə aşağı düşməkdədir", - 37 yaşlı hərbçi əlavə edib.

Ukrayna üçüncü dəfədir ki, qış bayramlarını tammiqyaslı müharibə şəraitində qarşılayır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibənin dayandırılması məqsədilə danışıqlar aparacağı vədi bir çoxlarını bunun daha bir, dördüncü il olacağı ilə bağlı düşünməyə vadar edir.

Tramp artıq Avropa ölkələrinə Ukraynaya yardımın artırılması ilə bağlı təzyiq edir. Bu zaman o, Vaşinqton tərəfindən təhlükəsizlik sahəsində yardımın azaldılacağı barədə siqnal göndərir. 

33-cü briqadadan olan ukraynalı müdafiəçilərdən 2025-ci ildə mümkün atəşkəslə bağlı nə düşündükləri barədə sual ünvanlanıb. Döyüşçülər deyib ki, atəşkəsi alqışlayardı. Eyni zamanda onlar bunun yaxın zamanlarda baş verəcəyinə skeptik yanaşır.

Ukrayna müdafiəçilərinin bir çoxu Rusiya diktatoru Vladimir Putinin Rusiya qoşunlarının irəliyə getməkdə və qələbələr qazanmaqda davam etdiyi zaman sülhə razı olacağına şübhə edir. Təcavüzkarla sülh sazişi, ehtimal ki, həmçinin Moskvanın işğal etdiyi Ukrayna ərazilərinin 20 faizindən çoxunun üzərində nəzarətinin saxlanılmasını nəzərdə tutacaq.

"Mən qorxuram ki, bizi, sadəcə, yalqız buraxacaqlar. Bəzən düşünürük ki, müttəfiqlərmizin dəstəyi, döyüş sursatları tədarükü, sadəcə, dayandırıla bilər. Əgər bunlar olmasa, bizim güllə atmağa heç nəyimiz olmayacaq", - bunu 26 yaşlı Aleksandr deyib.

Lakin Ukrayna müdafiəçilərinin əksəriyyəti etiraf edir ki, hazırda əsgər qıtlığı silah qıtlığı kimi kritikdir. 33-cü briqadada bəzi vəzifələrdə, məsələn, zirehli transportyor sürücüsü bütün taborda bir nəfərdir. Belə vəziyyət qoşunların səngərlərdən və əks istiqamətdə təhlükəsiz nəql edilməsinin logistikasını mürəkkəbləşdirir.

"Bizim, ümumiyyətlə, piyadalarımız varmı? Bizim yalnız yaşı 50-dən çox olan bir neçə döyüşçümüz var. Onlar nə edə bilər ki?", - bunu 37 yaşlı PUA operatoru bəyan edib.

Öz bölməsinin maddi-texniki təchizatı və mənəvi ruhuna cavabdeh olan 39 yaşlı Feliks deyir ki, hərbçilər, sadəcə, tükənib. O, ümid etdiyini bildirib ki, 2025-ci il yanvarın 20-də Donald Trampın andiçmə mərasimi müharibədə dönüş məqamı olacaq, çünki bu, əsgərlərə bu qədər lazım olan fasilə verə bilər:

"Belə davam edə bilməz. Biz geri çəkilirik. Onlar isə getdikcə irəliləməkdə davam edir. Hansı qələbədən söhbət gedə bilər?..Əgər bizim məmurlar buna son qoya bilmirsə, bəlkə də bunu Tramp bacaracaq".

Milad gününü belindən yara aldıqdan sonra tibb məntəqələrinin birində müalicə alan 48 yaşlı Oleq adlı hərbçi deyir ki, "bu, tezliklə bitməyəcək": "Ruslar dayanan deyil. Onlar sülh şəraitində yaşamaq istəmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri