Icma.az
close
up
RU
Heç kim səbəbsiz yerə insan alverində iştirakçı kimi saxlanılmır

Heç kim səbəbsiz yerə insan alverində iştirakçı kimi saxlanılmır

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında fəallığı ilə seçilən bəzi şəxslərin insan alveri ittihamı ilə saxlanılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu faktlar bir daha göstərir ki, sosial media artıq yalnız ünsiyyət və əyləncə vasitəsi olmaqdan çıxaraq, bəzi cinayətkar şəbəkələrin də fəaliyyət meydanına çevrilib. Yaxın günlərdə sosial mediada “Enoor” ləqəbi ilə tanınan Elnar Quliyeva barəsində cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində o saxlanılıb. Elnar Quliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi (insan alveri) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və hazırda istintaq prosesi davam etdirilir.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, saxlanılan şəxslərin hamısı insan alveri ilə məşğuldur:
“Burada təqsirsizlik prezumpsiyası əsas prinsipdir. Amma eyni zamanda “od olmayan yerdən tüstü çıxmaz” deyimi də var, yəni kimsə saxlanılırsa, deməli müəyyən əsaslı şübhələr mövcuddur. Təbii ki, araşdırmalar nəticəsində günahsız olduğu sübut edilənlər də olur, əksinə, cinayəti sübuta yetirilərək məhkum edilənlər də var və bu, hər zaman belə olub və olacaq. Sosial şəbəkələrdə aktivlik məsələsinə gəldikdə isə, hər kəsin paylaşım etdiyi, fikrini bildirdiyi mühitdə yaşayırıq. “TikTok” və digər platformalarda həm məşhur, həm də az tanınan çoxsaylı istifadəçilər var və onların hamısı saxlanılmır. Sadəcə tənqidi mövqe sərgiləmək, dövlət qurumlarını əsaslı və ya əsassız şəkildə tənqid etmək, əgər qanun pozuntusu yoxdursa və bu, cinayət məsuliyyəti yaradacaq həddi keçmirsə, hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olmur”.
Həmçinin oxu:
Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər
Ən ağıllı kişilər bu bürcdə doğulurlar
'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olur
O bildirib ki, kiminsə saxlanılması və ya dindirilməsi hüquq-mühafizə orqanları üçün əlavə iş yüküdür və ciddi əsas olmadan belə addımlar atılmır:
“İstisnalar mümkündür, amma ümumi mənzərəni müəyyən edən məhz qaydalardır. Əksər hallarda isə şübhə yaradan davranışlar, əlaqələr və ya fəaliyyətlər araşdırma predmetinə çevrilir. Bəzi hallarda isə diqqət çəkmək məqsədilə insanlar özləri müəyyən riskli davranışlara yol verirlər. Hətta bəziləri üçün saxlanılmaq və ya istintaqa cəlb olunmaq bir növ “qəhrəmanlıq” kimi təqdim edilir. Bu isə təhlükəli tendensiyadır. Belə hallar kütləviləşdikcə hüquq-mühafizə orqanlarının reaksiyası da sərtləşir və nəticədə daha geniş araşdırmalar aparılır. Ümumilikdə isə müşahidə olunur ki, sosial şəbəkələrdə insan alveri və insan istismarı ilə bağlı müəyyən aktivlik var. Bu prosesdə bəziləri bilərəkdən iştirak edir, bəziləri bilmədən təsir altına düşür, digərləri isə ifadələri və davranışları ilə şübhə yaradır. Amma heç kim səbəbsiz yerə insan alverində iştirakçı kimi saxlanılmır. Bu, kifayət qədər ciddi və əsaslı yanaşma tələb edən məsələdir. “TikTok” platformasında bu kimi hallarla bağlı konkret nümunələr də mövcuddur. Canlı yayımlarda tanışlıqların qurulması, qısa müddətdə “dostluq” əlaqələrinin yaradılması və daha sonra müxtəlif təkliflərin verilməsi halları müşahidə edilir. Şəxsən şahidi olduğum bir nümunədə xaricdən gəlmiş şəxs canlı yayım zamanı tanış olduğu gəncə evlilik və ya Almaniyaya getmək təklifi edirdi. Bu cür yanaşmalar artıq insan alveri və istismar risklərini özündə ehtiva edən real nümunələrdir. Yəni problem təkcə hüquqi müstəvidə deyil, həm də sosial davranışlarda, insanların seçimlərində və rəqəmsal mühitdə özlərini necə aparmalarında gizlənir. Ona görə də səbəbləri yalnız kənarda deyil, həm də fərdi davranışlarda axtarmaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri