Icma.az
close
up
RU
Aynur Məmmədova: İlan heç vaxt səbəbsiz yerə insanın üstünə atılmır MÜSAHİBƏ

Aynur Məmmədova: İlan heç vaxt səbəbsiz yerə insanın üstünə atılmır MÜSAHİBƏ

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədova ilan sancmaları ilə bağlı Bakıvaxtı.az-a müsahibə verib və vacib məqamlara aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:

- Havaların isinməsi ilə ilan sancmalarının da sayı artır…

- Aprel ayından bu yana Kliniki Tibbi Mərkəzə ilan zəhərlənməsi ilə bağlı altı xəstə hospitilizasiya olunub. Altı xəstədən 4-ü artıq evə buraxılıb. Hazırda şöbədə 2 xəstə var, vəziyyətləri qənaətbəxşdir. Onlar da bu gün evə buraxılacaqlar. Ölüm hadisəsi olmayıb. Uşaqlarda da zəhərlənmə olmayıb.

- Yayda ilan sancması riski niyə çox olur?

- Yayda insanlar təbiət qoynuna - dağlara, çəmənliklərə daha çox istirahətə gedirlər. Belə yerlərdə gəzişərkən mütləq ayaqlarının altına baxmaq lazımdır. Çünki ilan heç vaxt səbəbsiz yerə insanın üstünə atılmır. O da sadəcə özünü qoruyur. Təhlükə hiss etdikdə, məsələn, quyruğuna toxunduqda və ya yanından ehtiyatsız keçildikdə müdafiə məqsədilə hücum edir və sancır.

- İlanlar hansı ərazilərdə daha çox olur?

- İlanların rəngi torpaqla eyni olduğu üçün onları görmək çətindir. Ən çox otluq, qayalıq və günəşin qızdırdığı ərazilərdə olurlar. Daşlıq, çəmənliklər xüsusilə diqqət tələb edir. Belə yerlərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur.

Gürzə ilə yanaşı, ölkəmizdə digər zəhərli ilan növləri də var. Onlar nəmli əraziləri sevmədikləri üçün dəniz və çay qıraqlarında onlara nadir hallarda rast gəlinir. Ən çox müraciətlər isə aran zonalarından olur.

- İlan sancdığı halda ilk nə etmək lazımdır?

- İlk növbədə tam sakit qalmaq lazımdır. Panikaya qapılmaq, ora-bura qaçmaq olmaz. Sakitcə uzanmaq, ətrafdakıların köməyini gözləmək lazımdır. İmkan varsa, sancılan nahiyəyə buz qoyulsun, yoxdursa soyuq su ilə kompres etmək olar. Əgər spirt varsa, yara həmin məhlulla yuyula bilər. Amma ən vacib şərt - nisbi sakitliyin qorunmasıdır.

- Belə halda tibbi yardıma qədər nə edilməlidir?

- Mütləq yaxınlıqdakı tibb məntəqəsinə - şəhər, rayon və ya kənd xəstəxanasına müraciət edilməlidir. İlkin yardım ilan zəhərinə qarşı zərdabın vurulmasından ibarətdir. Bu, insan həyatını xilas edən əsas amildir. Amma zərdab yalnız xəstəxana şəraitində və həkim nəzarəti altında vurulmalıdır.

- Zərdab necə tətbiq olunur?

- Zərdab iki-üç mərhələdə vurulur. Hər 15 dəqiqədən bir az miqdarda dəri altına yeridilir və xəstənin reaksiyası izlənilir. Bəzi hallarda bu, anafilaktik şoka qədər çata bilər. Ona görə zərdab yalnız peşəkar tibbi heyətin nəzarəti altında tətbiq olunmalıdır.

- Zərdabdan başqa hansı müalicələr aparılır?

- Zərdabla yanaşı, kompleks müalicə də tətbiq olunur. Buraya iltihab əleyhinə, qan durulaşdırıcı və digər dəstəkləyici vasitələr daxildir. Bütün bu prosedurlar yalnız xəstəxana şəraitində həyata keçirilməlidir, evdə yox.

- Bəzən insanlar ev üsulları ilə müalicə etməyə çalışırlar. Bu, nə qədər doğrudur?

- Təəssüf ki, bəzi insanlar düşünür ki, ilan sancan nahiyəni sovurmaq, sıxmaq, palçıq, duz, qatıq və ya başqa maddələr qoymaq lazımdır. Bu, qətiyyən yolverilməzdir. Yeganə tətbiq oluna bilən üsul - soyuq su və ya buzla kompresdir. Sancılan yer yuyulmalıdır.

- Uzaq məsafədən xəstə gətiriləcəksə nə edilməlidir?

- Əgər zərərçəkən uzaq məsafədən - məsələn, rayondan Bakıya gətiriləcəksə, yolda hipertonik məhlulun tətbiqi faydalı ola bilər. Amma bu da yalnız həkim təyinatı ilə həyata keçirilməlidir.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri