Icma.az
close
up
RU
“Heç kim soruşmur ki, məmur quru maaşla milyonluq villanı necə alır?”

“Heç kim soruşmur ki, məmur quru maaşla milyonluq villanı necə alır?”

Shownews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər bəzi şəxslər televiziya aparıcılarının çox pul qazandığını, lüks həyat yaşadıqlarını, hətta bir neçə otel və villalarının olduğunu deyirlər. 

Bəs görəsən, bu iddialar doğrudurmu? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış prodüser, teleaparıcı Tarix Əliyevbildirib ki, müğənnilər, teleaparıcılar, prodüserlər rüşvətlə deyil, çalışaraq özlərinə ev, maşın, bağ evi alıblar: 

“Vallah, mən bağımı da, evimi də aparıcılıqla almamışam. 23 ildən artıqdır ki, prodüserəm. Keçirdiyim tədbirlər, təşkil elədiyim toylar və s var. Başa düşmədim, almalıyam da, bəs nə etməliyəm? Biz yaşamayaq?! Məmurların 2000-3000 manat maaşı var. Bəs məmurlardan niyə soruşmurlar ki, quru maaşla bunları necə almısınız?

Aparıcılar, prodüserlər bəzilərinin gözünə girib. Məmurun milyonluq, on milyonluq villası haradan çıxır ona baxsınlar. İcra başçısını bu gün işdən çıxarırlar, sabah isə mətbuatda mülklərinin siyahısını yazırlar. 

Məgər bundan qabaq bilmirdilər ki, nəyi var, nəyi yoxdur? Mən 24 ildir toylarda, konsertlərdə, təşkil etdiyim tədbirlərdə işləyirəm. 7 il də Gəncədə işləmişəm. Pul yığıb özümə 5-6 sot torpaq alıb ev tikməyim ki, mən prodüserəm, tanınmış adamam? Camaatın hektarlarla torpağı var. Mən tək özümdən danışmıram, ümumi deyirəm. Məsələn,  müğənni o qədər toylara gedir. Gedib özünə ev almasın, yaşamasın ki, bu adam müğənnidir? Ümumiyyətlə, villa nəyə deyilir? Biz villalar görməmişik. 5 hektar torpağı olan insanlar var. Müğənninin maksimum 11 sot, 17 sot torpağı ola bilər. Mən bağımı 10 il əvvəl almışam. Mən aldığım zaman da sotu 2000 manata idi. Yəni o milyonluq bir ev deyil”. 

Tarix Əliyev bunun günahını sosial şəbəkələrdə özlərinə səhifə açaraq “jurnalistika fəaliyyəti” ilə məşğul olanlarda görüb: 

“Məsələn, bir müğənni maşın alır. Maşının qiyməti 50-100 min manatdır. Təzəsinin qiyməti isə deyək ki, 300-400 mindir. Bu “jurnalist” araşdırmır ki, müğənni neçənci ilin maşınını alıb. Turbo.az-a və s. elan saytlarına girib baxmaq olur. Amma ona baxmaq yerinə yazır ki, müğənni yarım milyonluq maşın alıb. Axı yarım milyonluq maşın sıfırdandır. Müğənninin aldığı isə 2018-ci ilindir. Bunun isə 60 min, 70 min, 100 min qiyməti var. İnsanlar da təəccüblənib deyirlər ki, bu müğənni nə edir ki, yarım milyonluq maşın alır?!

Belə şeyləri görəndə müğənni özü də cürət edib demir ki, belə deyil. Bəzi müğənnilər görməmişdir axı. Çıxıb demir ki, ay qardaş, mənim maşınım yarım milyon deyil, mən 2018-ci ilin avtomobilini sürürəm. 

Ona görə də camaat qıcıqlanır. Allah rəhmət etsin, bir dəfə rəhmətlik Cahanşir Məmmədova demişdim ki, necə olur sizin “Rolls-Royce”nuz var, amma müəllimin, alimin, professorun yoxdur. Dedi mən gedib toylarda oxuyuram, qazanıram, mənimki bundan da çox olmalıdır. Mən də dedim ki, hə, necə məsləhətdir.

Ümumiyyətlə, bu, hər yerdə belədir, təkcə Azərbaycanda deyil. Bəzi müğənnilər görməmişliyindən insanlara 100 minlik bağlarını 1 milyonluq kimi göstərirlər və qıcıq yaradırlar. Cəmiyyət də deyir ki, bunun sənəti yoxdursa, 1 milyonluq bağı necə alır?

Hər bir halda, kimin nəyi varsa, sağlığına qismət”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://shownews.az
archiveBu xəbər 04 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri