“Heç kim sülh müqaviləsini poza bilməz” Deputat
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sülhün Ermənistanın konstitusiya dəyişikliyindən sonraya saxlanmasına ehtiyac yoxdur”.
AZXEBER.COM xəbər verit ki, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov İctimai TV-də yayımlanan "Dönüş nöqtəsi” verilişində səsləndirib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında aparılan dialoq son dövrlər kifayət qədər səmərəli keçir:
"Həm sərhədlərin dəqiqləşdirilməsi, həm də siyasi müstəvidə aparılan danışıqlar müsbət qiymətləndirilir. Eyni zamanda, Ermənistan tərəfi Mehri istiqamətindən keçən yolun-Zəngəzur dəhlizinin bərpası ilə bağlı işlərə başlayıb. Sülh müqaviləsi də artıq masa üzərindədir. Bu məsələnin Ermənistanın konstitusiya dəyişikliyindən sonraya saxlanmasına ehtiyac yoxdur. Sadəcə olaraq Azərbaycan üçün önəmli olan bütün məsələlər razılaşdırılıb və ratifikasiya oluna bilər”.
Deputat qeyd edib ki, bəzi dairələr revanşist qüvvələrin gələcəkdə bu razılaşmanı ləğv edəcəyindən narahatdırlar:
"Lakin istənilən halda revanşistlər reallıqla üz-üzə qalacaqlar. Heç kim qüvvəyə minmiş sülh müqaviləsini poza bilməz. Onlar donquldana bilərlər, amma dünya qarşısında bu sənədi ləğv etməyə nə hüquqları, nə də gücləri çatacaq. Ermənistanın baş naziri Nikol Paşinyan isə gözlənilən sülh sənədinin parlament və konstitusiya çərçivəsində təsdiqlənəcəyini bildirib”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















