“Heç kim Türkiyə Azərbaycan qardaşlığını poza bilməz!”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz! Dünən Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı bir neçə söz demək istəyirəm: Biz bu filmi əvvəllər də görmüşük”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim - professor Aygün Attar sosial şəbəkə hesabında yazıb.
Qısa bir araşdırma apardım və məlum oldu ki, həmin şəxslər(!) eyni bəhanə və eyni şüarlarla hələ 21 yanvar 2011-ci ildə də səhnəyə çıxmışdılar. İndi isə, 15 illik fasilədən sonra – 3 oktyabr 2026-cı ildə, yəni Türk Dövlətləri Təşkilatı Günündə onlar yenidən ortaya çıxıblar. Aydındır ki, yenə eyni ssenari gündəmdədir. Ey Türkiyə, ey Azərbaycan – biri ürək, bir can Vətənim– sizcə, bunlar sadəcə təsadüfdürmü?”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















