Icma.az
close
up
RU
Heç kimdən çəkinəcəyim yoxdur Elmar Baxşıyev

Heç kimdən çəkinəcəyim yoxdur Elmar Baxşıyev

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Maraqlı oyunun şahidi olduq. Yaxşı, dinamik oyun getdi. İndiki durumda kuboka görə dörd gündən bir tsikldə oynayırdıq. Komanda olaraq sıxıntılarımız var idi. Futbolçulara təşəkkür edirəm. Həmin sıxıntını meydanda bizə göstərmədilər. Uduzduq. "Qarabağ" yaxşı komandadır. Amma məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşmalıyıq".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 26-cı turunda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- Hakimin qərarından belə çıxdı ki, tək günahkar Felipe Santos idi. Amma Elvin Cəfərquliyev də Santosu boğurdu. Sizin fikriniz necədir?

- Həmişə gördüyümü deməyə çalışmışam. Heç kimdən çəkinəcəyim də yoxdur. Mənim dediklərimi həmkarlar başqa cür yozurlar. "Elmar donqundanır, zırıltısı gəlir" deyirlər. Həqiqəti həqiqət kimi göstərmək önəmlidir. Üç sarı vərəqəsi olan oyunçularımıza çox rahat "sarı" verirlər. Uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəldi. 20 nəfər bir-biri ilə mübahisə edir. Bir nəfəri günahkar çıxarmaq acizlikdir. Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin.

- Qara Qarayevin durumu nə yerdədir?

- Mikro zədədir.

- Deyirsiniz ki, sizi sındırmağa çalışırlar. Sizcə, bunun kökündə nə dayanır? Bəlkə "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasına görə, sizi tək görürlər...

- Mənə aid məsələ deyil. Nədən qaynaqlandığını deyə bilmərəm. Amma görünən odur ki, təsir edirlər. Sabah başqa cür yozacaqlar. Gördüyüm odur ki, komandaya təsir edirlər. Möhkəm olmalıyıq. İnanıram ki, komandam layiqli cavab verəcək.

- Sizcə, niyə komandaya təsir edirlər?

- Mənim işim komandanı analiz etmək, məşqə, oyunlara hazırlamaqdır. Detallara girsəm, komandanı unudacağam. Bəzən mətbuat konfransında 1 jurnalist də olmur. Ona görə çox şeyi deyə də bilmirik. Vandersona necə sarı veriblər, baxın.

- Hədəf "Araz-Naxçıvan"dı, yoxsa Elmar Baxşıyev?

- Hədəf məni seçiblərsə... Mən məşqçiyəm. Məşqçi ilə mübarizə aparmazlar. Möhkəm olmaq lazımdır. Sıxıntılar görünən idi. Heyətimizdə 5-6 oyunçu yoxdur. Düzgün təhlil edib, qarşıdakı matçlara köklənəcəyik.

- "Qəbələ"də təzyiq daha çox idi, yoxsa "Araz-Naxçıvan"da?

- Öyrəşmişəm təzyiq altında işləməyə. "Qəbələ"də də o təzyiqi hiss edirdim. Mənim üçün yeni deyil. Məşqçinin 5-6 futbolçusu olmayacaqsa, sıxıntı yaşayacaq. Çempionat bitməyib. İnanıram ki, komanda şəklində hər şeyə düzgün yanaşıb, irəliləyəcəyik. (sportal.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri