Icma.az
close
up
RU
Heç kimə mesaj vermirəm, sevinməkdə hamı sərbəstdir

Heç kimə mesaj vermirəm, sevinməkdə hamı sərbəstdir

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Məğlub olmalı deyildik. Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə son nöqtəni qoya bilmədik. Bu da düzələcək. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var". Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- İkinci hissədə komandanızın oyununun alınmamasının səbəbi nədir?

- Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Bununla əlaqələndirə bilərəm. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhv məğlubiyyətə gətirib çıxardı.

- Komandanın 7 oyundur qol vura bilməməsinin səbəbi nədir?

- Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, nə vaxtsa bu qırılacaq. Əsas odur ki, oyun var, epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik, Heç bir təlaşa düşmürük, sakitliyimizi qoruyub yolumuza davam edəcəyik.

- Alan Diasın durumu necədir?

- Hələ ki, bilmirik. Əzələsi dartırlıb. Müayiədən sonra dəqiq cavab verə biləcəyik. Sosial şəbələlərdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar. Kənardan danışmaq asandır. Böyük şəhərin bir komandasıyıq, azarkeşlərə ehtiyacımız var.

- "Şamaxı"nın sevinməsini xüsusi qeyd etdiniz. Onlarla hələ bir oyununuz da qalıb. Revanş hissi var sizdə?

- Heç kimə mesaj vermirəm. Sevinməkdə hamı sərbəstdir. Sadəcə olaraq onu deyə bilərəm ki, hələ ki bizi keçməyiblər. Qol vura bilməməyimizə baxmayaraq, komandam çox yaxşı oyun nümayiş etdirir. Bu sindromu qıracağıq. Futbolçularım özlərinə inansınlar, hər zaman onların arxasındayam.

- Premyer Liqada sonuncu yeri tutan komandanın Birinci Liqanın üçüncü ilə pley-off oynayacağı deyilir. "Sumqayıt" sonuncu olsa, razılaşacaq? 

- Mən o barədə düşünmürəm. İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram. Hər şey yaxşı olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar.

Nuh Tarverdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri