Icma.az
close
up
RU
Vaqif Cavadov: Şamaxı sevinməkdə sərbəstdir, sadəcə hələ ki bizi keçməyiblər

Vaqif Cavadov: Şamaxı sevinməkdə sərbəstdir, sadəcə hələ ki bizi keçməyiblər

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Məğlub olmalı deyildik. Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə son nöqtəni qoya bilmədik. Bu da düzələcək. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var".

Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 22-ci turunun “Şamaxı” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- İkinci hissədə komandanızın oyununun alınmamasının səbəbi nədir?

- Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Bununla əlaqələndirə bilərəm. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhv məğlubiyyətə gətirib çıxardı.

- Komandanın 7 oyundur qol vura bilməməsinin səbəbi nədir?

- Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, nə vaxtsa bu qırılacaq. Əsas odur ki, oyun var, epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik, Heç bir təlaşa düşmürük, sakitliyimizi qoruyub yolumuza davam edəcəyik.

- Alan Diasın durumu necədir?

- Hələ ki, bilmirik. Əzələsi dartırlıb. Müayiədən sonra dəqiq cavab verə biləcəyik. Sosial şəbələlərdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar. Kənardan danışmaq asandır. Böyük şəhərin bir komandasıyıq, azarkeşlərə ehtiyacımız var. 

- "Şamaxı"nın sevinməsini xüsusi qeyd etdiniz. Onlarla hələ bir oyununuz da qalıb. Revanş hissi var sizdə?

- Heç kimə mesaj vermirəm. Sevinməkdə hamı sərbəstdir. Sadəcə olaraq onu deyə bilərəm ki, hələ ki bizi keçməyiblər. Qol vura bilməməyimizə baxmayaraq, komandam çox yaxşı oyun nümayiş etdirir. Bu sindromu qıracağıq. Futbolçularım özlərinə inansınlar, hər zaman onların arxasındayam.

- Premyer Liqada sonuncu yeri tutan komandanın Birinci Liqanın üçüncü ilə pley-off oynayacağı deyilir. "Sumqayıt" sonuncu olsa, razılaşacaq? 

- Mən o barədə düşünmürəm. İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram. Hər şey yaxşı olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri