Icma.az
close
up
RU
Həcc kvotası niyə dolmadı? Deputat səbəbləri AÇIQLADI

Həcc kvotası niyə dolmadı? Deputat səbəbləri AÇIQLADI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarəti mayın 25-də başlayacaq. Lakin Həcc ziyarətinin başlamasına 1 həftədən az qalsa da, Azərbaycan üçün ayrılan kvota hələ də dolmayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri saytımıza deyib ki, kvotanın dolmasına az qalıb.

Kvotanın əvvəlki illərlə müüqayisədə daha gec dolmasının səbəbi olduqca maraqlıdır.

“Kvotanın dolmamasında qiymətlər rol oynayır”

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, kvotanın dolmamasında bir neçə amil rol oynayır:

“İlk dəfədir ki, Azərbaycanda belə bir hal baş verir. Yəni söhbət kvotanın dolmamasından gedir. Kvotanın dolmamasının səbəblərindən biri insanların alternativ yollar tapmasıdır. Burada təbii ki, qiymətlərin, iqtisadi durumun da kifayət qədər rolu var. Yəni insanlarımız bu məsələni nəzərə alaraq ya başqa ölkələrdən daha ucuz qiymətə biletlər taparaq ziyarətə getməyə çalışırlar”.

“Qiymətlər bir neçə formada olmalıdır ki...”

Deputat vurğulayıb ki, hamını yüksək qiymətlər müqabilində həccə getməyə hamının imkanı yoxdur:

“Qiymətlər yüksək olduğuna görə insanlarımız başqa ölkələrə üz tuturlar. Yəni bu amilin də rolu var. Qarşı tərəf də bunu son illərdə qiymətlərdəki artımlarla, dünyada da belə proseslərin getməsi ilə əsaslandırır. Lakin hesab edirəm ki, biz bu barədə düşünməliyik. Əgər müəyyən addımlar atılmasa, kvotanın dolmadığının növbəti illərdə də şahidi ola bilərik. Bu barədə indidən düşünmə lazımdır. Həm qiymətlərə baxılmalıdır, eyni zamanda bir neçə formada təkliflər olmalıdır ki, insanlar ona gedib, həcc ibadətlərini yerinə yetirə bilsinlər”.

Qeyd edək ki, bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Ötən il kvota 1500 nəfər olub.

Sənəd qəbulu prosesi yanvarın 21-də başlayıb. QMİ qeydiyyat prosesini bir neçə dəfə uzadıb.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri