Icma.az
close
up
RU
Azərbaycan ət niyə bahalaşır? Deputat səbəbləri AÇIQLADI

Azərbaycan ət niyə bahalaşır? Deputat səbəbləri AÇIQLADI

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yayda turizm sektorunun canlanması ilə ətə olan tələbat da artır. Xüsusən də quzu ətinə olan tələbatın artması qiymət artımına gətirib çıxarıb. Hazırda ölkənin müxtəlif yerlərində quzu ətinin kiloqramı 23-26 manat arasında dəyişir. Paytaxt qəssabxanalarında quzu ətinin 1 kiloqramı 25-26 manatadır. Mal ətinin kiloqramı isə 18-19 manatdan başlayır, sümüksüz ət isə bir qədər də bahadır. 

Azərbaycanın qədim heyvandalıq ənənələrinə sahib olduğunu nəzərə alsaq, kənd təsərrüfatında bu sahənin getdikcə zəifləməsi, xaricdən gətirilən ətlərin bazarda yer tutması, yerli istehsalın azalması hər kəsi narahat edən məsələyə çevrilib. Çünki idxaldan asılılıq xarici ölkələrdəki inflyasiyanın da idxal olunması ilə nəticələnir. 

Bəs Azərbaycanda heyvandarlığın inkişafı və yerli ət istehsalının daxili tələbatı ödəyəcək səviyyəyə çatması üçün hansı işlər görülməlidir.

Sitat.info-ya açıqlamasında bu salı cavablandıran Milli Məclisin deputatı,  iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadə ətin bahalaşmasında bir neçə əsas faktorun rol oynadığını bildirdi.

Onun sözlərinə görə, ilk növbədə sərhədyanı ölkələrdə ətin qiyməti bahalaşdıqda bu, avtomatik olaraq Azərbaycandakı bazara da təsir göstərir: " Bildiyiniz kimi, Türkiyədə son dövrlərdə ətin qiymətində çox kəskin artım müşahidə olunur və bəzi hallarda qiymət manatla ifadə olunduqda 80-90 manata çatır. Bu da qiymət artımına təsir edən əsas amillərdən biridir".

Bəs Azərbaycanda yerli istehsal  niyə tələbat tam qarşılanmır?

Bu sualı cavablandıran deputat bildirdi ki, əsas səbəb yem bazasının zəif olmasıdır: "Mövcud vəziyyət göstərir ki, həm yem istehsalı, həm də otlaq sahələri ölkənin tələbatını qarşılamaq üçün kifayət etmir. Otlaq torpaqlarının azlığı heyvandarlığın inkişafını məhdudlaşdıran əsas problemlərdəndir. Buna görə də müasir ferma tipli təsərrüfatların yaradılmasına ehtiyac var. Bu sahədə müəyyən gerilik müşahidə olunur. Hesab edirəm ki, əsas diqqət məhz bu istiqamətə yönəldilməlidir. Yem bazası genişləndirilməli, müasir üsullar tətbiq edilməli və bu standartlara uyğun fermalar yaradılmalıdır. Nəticədə ət istehsalının artırılmasına nail olmaq mümkündür.

Ə. Məhərrəmzadə onu da vurğuladı ki, istehlakçıların ən keyfiyyətli ətə üstünlük verməsi də bazara təsir edən amillərdəndir: "Qiymətlərə təsir edən digər mühüm amillərdən biri də Azərbaycanda əsasən ən keyfiyyətli – əla sort ətə üstünlük verilməsidir. Halbuki ət əla sort, birinci sort, ikinci sort və üçüncü sort kimi kateqoriyalara bölünür. İnsanların əsas tələbi əla sort ətə yönəldiyi üçün bu məhsulun qiyməti də yüksək olur. İkinci və üçüncü sort ətlərə marağın az olması qiymətlərin ildən-ilə bahalaşmasına təsir göstərən səbəblərdəndir.

Məsələn, Azərbaycanda qoyun və quzular əsasən 18-19 kiloqram çəkidə kəsilir. Halbuki qoyunların çəkisi 60-65, hətta 70 kiloqrama qədər çata bilir. Bu isə artıq əla sort deyil, ikinci və üçüncü sort məhsul hesab olunur. Bunun üçün müasir heyvan cinslərindən istifadə edilməlidir. Lakin Azərbaycanda bu sahədə müəyyən konservativ yanaşma mövcuddur və heyvandarlıqda hələ də ənənəvi üsullara üstünlük verilir".

Deputat hesab edir ki, Qarabağda minalardan təmizlənmə prosesi başa çatdıqdan sonra heyvandalıq üçün geniş imkanlar yaranacaq: "Yaylaq məsələsi də mühüm amillərdən biridir. Hazırda ölkədə minalanmış ərazilərin çoxluğu səbəbindən dövlət həmin torpaqları tam təmizləməyib və buna görə də fermerlərin orada fəaliyyət göstərməsinə icazə verilmir. Halbuki Qarabağdakı torpaqlar gələcəkdə heyvandarlığın inkişafı üçün yeni imkanlar yaradacaq və bu sahəyə ciddi üstünlük qazandıracaq. 

Bununla belə, ən vacib məsələ yenə də güclü yem bazasının formalaşdırılması, yem istehsalının artırılması və həmin yemin ferma şəraitində heyvanlara verilməsidir. Hesab edirəm ki, bu addımlar həyata keçirildikdən sonra Azərbaycan özünü ətlə tam təmin edə biləcək".

Nigar,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Avqust 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri