Icma.az
close
up
RU
Həcc kvotasının 70 faizi dolub: Qiymətlər, kvota problemi və müzakirələr

Həcc kvotasının 70 faizi dolub: Qiymətlər, kvota problemi və müzakirələr

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Həcc ziyarəti üzrə ayrılmış kvotanın 70 faizi artıq tamamlanıb. Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, müəyyən olunmuş vaxt başa çatdıqdan sonra kvotanın tam dolub-dolmamasından asılı olmayaraq qeydiyyat prosesi yekunlaşdırılacaq. 

Sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilib. Bu il Həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları, yəni 10 388 manat  təşkil edir. Hər il Həcc ziyarəti üçün müraciət edənlər arasında təkrar ziyarətə gedənlərin sayının çoxluğu kvotanın qısa müddətdə dolmasına səbəb olur. Nəticədə bir çox insan Həcc ziyarəti arzusunda qalsa da, bu imkandan yararlana bilmir. 

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti arzulara deyil, iman və maddi imkan şərtlərinə bağlı olan ibadətdir. 

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində orta yaşayış səviyyəsi nəzərə alındıqda Həcc qiymətlərinin yüksək olması reallıqdır. Lakin məsələ beynəlxalq müqayisə kontekstində qiymətləndiriləndə fərqli mənzərə ortaya çıxır:

"Türkiyədə Diyanət İşləri Komitəsi xətti ilə müəyyən edilən Həcc qiymətləri təxminən 12 min manat ekvivalentindədir ki, bu da Azərbaycandakı tariflərdən bir qədər yüksəkdir. Üstəlik, Türkiyədə yalnız Diyanət deyil, müxtəlif özəl şirkətlər də Həcc proqramları təqdim edir və bu paketlərin qiyməti Azərbaycandakı tarifləri 6–7 min manat üstələyir. Yəni yüksək qiymətlər təkcə Azərbaycana xas deyil. Ümumilikdə Həcc ziyarətinin təşkili ilə bağlı logistika və xidmət xərcləri bütün ölkələrdə ciddi şəkildə artıb".


Rəsul Mirhəşimli regional müqayisələrə də toxunaraq bildirib ki, bəzi ölkələrdə fərqli modellər tətbiq olunur:

"Məsələn, Türkmənistanda Həcc ziyarətinin qiyməti 6 200 ABŞ dolları müəyyən edilib və bu məbləğin 50 faizini dövlət qarşılayır. Bu yanaşma sosial baxımdan cəlbedici görünsə də, eyni zamanda dövlət büdcəsinə əlavə yük yaradır. Hər ölkənin iqtisadi imkanları belə subsidiyaları tətbiq etməyə imkan vermir".

Ekspert vurğulayıb ki, Həcc qiymətləri ilə bağlı müzakirələrdə əsas problemlərdən biri bu ibadətin yalnız maddi aspektdən qiymətləndirilməsidir:

"Həcc müsəlmanın həyatında bir dəfə yerinə yetirməli olduğu mənəvi yolçuluqdur. Minlərlə kilometr yol qət etmək, fiziki çətinliklərə qatlanmaq, yüz minlərlə insanla eyni məkanda ibadət etmək təkcə rituallar deyil, həm də səbr, dözüm və mənəvi intizam sınağıdır. Buna görə də Həcc xərclərini adi tətil və ya kommersiya məqsədli səyahətlərlə eyniləşdirmək mahiyyət etibarilə doğru deyil".

Rəsul Mirhəşimli hesab edir ki, Həcc ziyarəti məcburi deyil, lakin bu ibadəti yerinə yetirən insanlara qarşı hörmətsiz yanaşma da yolverilməzdir:

"Heç kim Həccə getməyə məcbur deyil, amma heç kimin də Həccə gedənləri məsxərəyə qoymağa haqqı yoxdur. Dinin əleyhinə yönələn  emosional tənqidlər cəmiyyətdə lazımsız qütbləşmə yaradır və sağlam müzakirələrə mane olur. Daha balanslı, faktlara əsaslanan və insanların şəxsi dini seçimlərinə hörmət edən yanaşma həm ictimai sağlamlığa, həm də dini tolerantlığın güclənməsinə xidmət edər".

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Fevral 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri