Həcc kvotasının 83 faizi hələ boşdur
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək cəmi 17 faizi üzrə qeydiyyat aparılıb.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
"Nəzərdə tutulan kvotanın təxminən 17 faizi dolub. Kvotanın həcmi bir ay ərzində bəlli olacaq. Qeydiyyatın təxminən fevral ayına qədər davam etməsi nəzərdə tutulur. Lakin kvota daha tez dolarsa, qeydiyyat fevral ayından əvvəl də dayandırıla bilər".
Qeyd edək ki, son 3 ildə Həccə 4 190 azərbaycanlı zəvvar gedib. 2023-cü ildə ziyarətdə 1 440, 2024-cü ildə 1 500, 2025-ci ildə isə 1 250 azərbaycanlı iştirak edib.
Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















