Icma.az
close
up
RU
Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? AÇIQLAMA

Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? AÇIQLAMA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub. Bu ayın sonuna qədər qeydiyyat uzadılıb.

Təxminən mayın 20-dən azərbaycanlı zəvvarlar Həcc ibadətlərini yerinə yetirmək üçün Məkkəyə yola düşəcəklər. Qafqaz Müsəlmanları İdarəsi bu il bir zəvvarı 5950 ABŞ dollarına Həccə aparacaq.

Qeyd edək ki, bir sıra vətəndaşlarımız Türkiyə və Gürcüstandakı şirkətlərdən daha ucuz qiymətə bilet alaraq,  onların xətti ilə ziyarətə getməyə hazırlaşırlar. Bu ölkələrdə 1700-2000 ABŞ dolları ilə Həccə getmək mümkündür.
Maraqlıdır, Həccə getməyin xərci niyə bizdə yuxarı, qonşu ölkələrdə isə aşağıdır?
 

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a bildirib ki, hazırda təxminən 5% kvota qalıb:
 

“Kvotanı inşallah yaxın vaxtlarda rəqəmlə açıqlayacağıq. Amma yerlər artıq az qalır. Təqribən 5% kvota qalıb”.


V.Cahangiri qonşu ölkələrdəki şirkətlərlə razılaşıb Həccə gedənlər barədə bunları deyib:
 

“Qafqaz Müsəlmanları İdarəsinin buna görə hər hansı bir tədbir görməsinə ehtiyac yoxdur. Vətəndaş özü istədiyi şəkildə Həcc ziyarətinə getməkdə sərbəstdir. Amma ucuz qiymətə aldanıb gedirlər. İndi kimsə ucuz qiymətə Həccə gedirsə, deməli, onlar hansısa xidmətlərdən məhrum qalır. Onlara daha az xidmətlər göstərilir. Biz bunun şahidi oluruq.  Burada ucuz qiymətə aldanıb gedirlər, daha sonra orada peşman olurlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri