Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Kreditlə həccə getmək olar? AÇIQLAMA

Kreditlə həccə getmək olar? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qurban bayramı ərəfəsində həcc ziyarətinə getmək istəyənlərin sayının artması fonunda qiymətlərin baha olması cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Hazırda ziyarət xərclərinin təxminən 6100 dollar təşkil etməsi bir çox vətəndaşın büdcəsinə uyğun gəlmir. Qiymət paketində aviabilet, otel, nəqliyyat, viza və digər təşkilati xidmətlərin cəmləşməsinə baxmayaraq, əhali mövcud məbləği həddindən artıq yüksək qiymətləndirir. Bu vəziyyət bəzi şəxslərin müqəddəs yerləri ziyarət etmək xatirinə banklardan kredit götürməsinə, beləliklə də dini borclarını ağır maliyyə yükü altına girərək yerinə yetirməsinə səbəb olur.
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, cəmiyyətdə təbii olaraq həm Qurban bayramı ərəfəsində həcc ibadəti, həm də qurbanı borcla alıb kəsmək mövzusu gündəmə gəlir:
“Əsas da bildiyimiz kimi həcc İslamın ən böyük ibadətlərindən biridir və hər bir möminin qəlbində Kəbəni görmək arzusu yaşayır. Amma burada çox vacib bir məsələ var. İslam dini insanı ibadət adı ilə çıxılmaz borca, psixoloji çöküşə və faiz yükünə salmağı təşviq etmir. Əksinə, dinin əsas prinsiplərindən biri insanın gücü çatan qədər məsuliyyət daşımasıdır. Əgər sənin imkanın yoxdursa, aldığın məvacib, gəlir yerlərin sənə yaşamağa güclə bəs edirsə əlavə borca girib özünü yükləmək doğru yanaşma hesab edilmir. Məsələn, borc alıb həcc ziyarətinə getdin və özünü yüklədin. Birdən nəsə qeyri-adi hadisə baş versə sən borc yükünə düşmüş olursan, əlavə özündən sonrakıları da borc riskinə salmış olursan. Allah təala Qurani Kərimdə buyurur: “Allah heç kəsə gücündən artıq yük yükləməz” (Bəqərə, 286). Həcc haqqında isə açıq şəkildə bildirilir: “Ora getməyə imkanı çatan insanların Allah qarşısında borcu Kəbəni həcc etməsidir” (Ali İmran, 97). Ayədə xüsusi olaraq “imkanı çatan” ifadəsi işlədilir. Bu çox mühüm məqamdır. Yəni həcc hər kəsə deyil, maddi və fiziki imkanı olan insana vacibdir. Əgər insanın maddi imkanı yoxdursa, o, günahkar sayılmır. Həm də ona məcburi borc alıb həccə getməsi də tələb olunmur”. 
O deyib ki, bu gün həcc ziyarətinin baha olmasının bir neçə səbəbi var:
“Buraya aviabiletlərin qiyməti, otel xərcləri, Məkkə və Mədinədə xidmət sektorunun bahalaşması, viza və logistika məsələləri daxildir. Xüsusilə son illərdə Səudiyyə Ərəbistanında həcc infrastrukturu çox genişləndirilib. Milyonlarla insanın təhlükəsizliyi, nəqliyyatı və yerləşdirilməsi böyük maliyyə tələb edir. Ona görə qiymətlərin artması müəyyən mənada qlobal iqtisadi vəziyyətlə də bağlıdır. Amma bununla yanaşı bəzi insanlar cəmiyyət təzyiqi, “hamı gedir, mən də getməliyəm” düşüncəsi və ya dini hisslərin emosional təsiri ilə özlərini ağır borcun içinə salırlar. Birdə cəmiyyətdə belə yanlış anlayış formalaşır ki, guya həccə gedənlər pullarını aparıb ərəblərə verirlər. Halbuki həccə gedən pulları özü üçün rahat həcc ziyarəti, təhlükəsiz ibadəti yerinə yetirib qayıtmaq üçün edir. Yəni, əslində həccə gedən insan pulu ərəblərə yox, özünün rahat gedib gəlməsi üçün xərcləyir. Qiymətlərin baha olması isə xüsusi bir qurumla bağlı deyil. Ümumi qurumların burada fəaliyyəti öz əksini tapır və həccə getməsən belə biz bilirik ki, burada da biz yaşamaq üçün müəyyən qidalardan, minik vasitələrindən istifadə edirik ki, bütün bunlara görə pul xərcləməli oluruq”. 
Onun sözlərinə görə, xüsusilə faizli kredit götürərək həccə getmək doğru yanaşma deyil:
“Çünki insan ibadət etmək üçün başqa bir böyük harama düşməməlidir. Quranda faiz haqqında çox sərt xəbərdarlıq var. Allah buyurur: “Allah alış-verişi halal, faizi isə haram etmişdir” (Bəqərə, 275). Başqa bir ayədə isə buyurulur: “Əgər faizdən əl çəkməsəniz, Allah və Rəsulu ilə müharibəyə girdiyinizi bilin” (Bəqərə, 279). Bu ayələr göstərir ki, faiz məsələsi İslamda adi günahlardan biri kimi deyil, çox ağır mənəvi təhlükə kimi qiymətləndirilir. Ancaq islam dini zəruri durumları da nəzərə alır. Məsələn, bu gün az maaş gündəlik dolanmağa bəs eləmir və insanların çoxusu zəruri olduğu üçün banklardan faiz götürüb gündəlik dolanmağa məcbur olur. Yəni, bəzi imkanlı insanlar özlərindən zəif dolanan insanları qınayırlar ki, məsələn pulun yoxdursa yemək yemə, ət alma və.s. Deməli varlı adam özünü düşünür və kasıbı isə sanki elə kasıb qalmalıdır kimi qələmə verir. Halbuki varlı, imkanlı adam həccə getmək istəyirsə kasıb da bunu istəyir. Elə imkanlı adamlar var ki, hər il həccə gedirlər, heç vaxt da özündən aşağı kasıb olanların həccə getməsinə şərait yaratmırlar. Belə düşünürlər ki, mənim var gedirəm, o da varlı olardı gedərdi. Kasıb da məcbur qalıb borcla həccə gedir. Borcla həccə getmək isə islamın tövsiyəsi deyil. Ama burada demək olmaz ki, onun ibadəti qəbul olunmur və.s. İmam Nəvəvi qeyd edirdi ki, həcc yalnız insanın əsas ehtiyaclarından artıq maddi imkanı olduğu halda vacib olur. Əgər insan borc içindədirsə və ya ailəsini çətin vəziyyətdə qoyursa, ona həcc vacib sayılmır. İbn Teymiyyə də bildirirdi ki, insanın üzərində başqasının haqqı varsa və bu borc onu sıxıntıya salacaqsa, əvvəlcə həmin məsələ həll edilməlidir”.
İlahiyyatçı əlavə edib ki, İslam yalnız ritual ibadət deyil, həm də məsuliyyət dinidir:
“Bu gün bəzən elə insanlar var ki, evində maddi çətinlik yaşayır, övladının ehtiyacı var, amma kredit götürüb həccə getməyə çalışır. Halbuki Peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyururdu ki, “Ən xeyirli sədəqə insanın ailəsinə xərclədiyidir”. Yəni İslam ailəni, insanın psixoloji rahatlığını və maddi sabitliyini də qoruyur. Burada bir məsələni də düzgün başa düşmək lazımdır. Həcc insanın Allaha yaxınlaşması üçündür. Əgər insan həccdən qayıdandan sonra illərlə banka borc ödəyib stress yaşayacaqsa, ailə problemləri yaşayacaqsa, bu artıq ibadətin ruhuna zidd vəziyyət yaradır. Din insanı sıxıntıya salmaq üçün deyil, onu mənəvi tarazlığa gətirmək üçündür. Əlbəttə, faizsiz və halal şəkildə borc verən bir insan tapılar, insan sonradan rahat ödəyə biləcəyini dəqiq bilərsə, burada fiqhi baxımdan fərqli yanaşmalar mövcuddur. Amma bu gün praktikada insanların çoxu bank kreditinə yönəlir və həmin kreditlərin böyük hissəsi faizlidir. Bu isə ciddi dini problemdir. Məncə, cəmiyyətə doğru mesaj verilməlidir ki, həcc yalnız imkan daxilində vacib olan ibadətdir. İnsanın həccə gedə bilməməsi onun Allah qatında dəyərsiz olması demək deyil. Allah insanın qəlbinə, niyyətinə və səmimiyyətinə baxır. Bəzən bir insanın ailəsini halal zəhmətlə dolandırması, haramdan uzaq durması, valideyninə baxması Allah qatında çox böyük savab olur. Bu məsələdə həssas deyil, həm dini, həm də ağılla düşünmək lazımdır. İslam insanı ibadət adı ilə özünü məhv etməyə deyil, şüurlu və balanslı yaşamağa çağırır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri