Icma.az
close
up
RU
Həcər Atakişiyeva: SEYİD ƏZİM ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜ

Həcər Atakişiyeva: SEYİD ƏZİM ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜ

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ədəbiyyatının maarifçilik və islahatçılıq ideyalarını əsərlərində yaşadan və cəmiyyətin mütərəqqi meyllərini təmsil edən Seyid Əzim Şirvaninin cəhalət və nadanlığa qarşı apardığı mübarizə onun dünyagörüşünün başlıca göstəricisidir. Maarif və ədəbiyyat mürşidi Seyid Əzim Şirvani ədəbiyyat sahəsində inkişaf edərək, maarifçi realist şeirinin yaradıcılığında dəyərli nümunələrini yaratmaqla Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmişdir.

Ədibin dünyagörüşü belə idi ki, o, istismarçı təbəqələrə, mədəni geriliyin müxtəlif təzahürlərinə qarşı idi və bu fikirləri kəskin satiralarında öz əksini tapırdı. Seyid Əzim Şirvaninin dünyagörüşü vətənpərvərlik, xalqlar arasında dostluq, insana məhəbbət, xeyirxahlıq, vəfa, sədaqət kimi bəşəri hisslərdən ibarət idi. Onun öyüd və nəsihətləri, hikmətamiz hekayələri və təmsilləri ədibin dünyagörüşü haqqında orijinal bir mənbə rolunu oynayır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Seyid Əzim Şirvaninin dünyagörüşünün formalaşmasında qədim şeir-sənət ocağı Şamaxının rolu çox böyükdür. Ədibin bir sıra elmləri dərindən öyrənməsi və erkən yaşlarından kamil və zəkalı bir gənc kimi yetişməsi onun dünyagörüşünün çalarlarını zənginləşdirmişdir. Maarifçi mütəfəkkirin zəngin dünyagörüşü müxtəlif dini elmləri, Şərq fəlsəfəsini, ərəb ədəbiyyatını, İslam tarixini, ərəb dilinin sərf-nəhvini mükəmməl bilməsi sayəsində idi. Seyid Əzim Şirvani dini və dünyəvi biliklərə dərindən yiyələnən bir ziyalı kimi ictimai mübarizədə çox yaxından iştirak edirdi.

Ədib heç bir zaman şəxsi mənafeyini və rifahını xalqa xidmətdən üstün tutmamışdır. Onun dünyagörüşündə hiylə və xəyanət qəbul edilməmiş və mənəvi dəyərlərə sahib olmaq zənginlik kimi qiymətləndirilmişdir. Azərbaycan ədəbiyyatının maarifçilik və islahatçılıq ideyalarını əsərlərində yaşadan və cəmiyyətin mütərəqqi meyllərini təmsil edən Seyid Əzim Şirvaninin cəhalət və nadanlığa qarşı apardığı mübarizə onun dünyagörüşünün başlıca göstəricisidir. Maarif və ədəbiyyat mürşidi Seyid Əzim Şirvani ədəbiyyat sahəsində inkişaf edərək, maarifçi realist şeirinin yaradıcılığında dəyərli nümunələrini yaratmaqla Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmişdir. Ədibin dünyagörüşü belə idi ki, o, istismarçı təbəqələrə, mədəni geriliyin müxtəlif təzahürlərinə qarşı idi və bu fikirləri kəskin satiralarında öz əksini tapırdı.

Seyid Əzim Şirvaninin dünyagörüşü vətənpərvərlik, xalqlar arasında dostluq, insana məhəbbət, xeyirxahlıq, vəfa, sədaqət kimi bəşəri hisslərdən ibarət idi. Onun öyüd və nəsihətləri, hikmətamiz hekayələri və təmsilləri ədibin dünyagörüşü haqqında orijinal bir mənbə rolunu oynayır. Seyid Əzim Şirvaninin dünyagörüşü haqqında onun özünün də üzv olduğu Şamaxıdakı “Beytüs-Səfa” şairlər məclisindəki fəaliyyətindən məlumat alınır. Ədib dünyagörüşünü Bakı, Lənkəran, Ərdəbil, Şuşa, Dərbənd, Ordubad və s. qəza mərkəzlərindəki ədəbi məclislərin üzvləri ilə müntəzəm surətdə yazışaraq və ədəbi söhbətlər apararaq zənginləşdirirdi. Pedaqoji işdə çalışmaq ədibin zəngin dünyagörüşünün şagirdləri vasitəsilə nəsildən-nəsillərə ötürülməsinə vəsilə olmuşdur. Şairin dünyagörüşünün daha da dərinləşməsində yaradıcılığının dərin ictimai məzmununun mühüm rolu danılmazdır. Seyid Əzim Şirvaninin yaradıcılığı Azərbaycanda maarifçi-realist şeir məktəbini formalaşdırdı. Ədibin dünyagörüşünün formalaşmasında xalq maarifinin və demokratik mətbuat meydanının çox böyük rolu olmuşdur. Seyid Əzim Şirvaninin yaradıcılığı onun dünyagörüşünün və bədii zövqünün göstəricisi idi. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvaninin dünyagörüşü XIX əsr kimi çətin bir dövrdə formalaşmışdı.                                                                                                                                                                                                                      

Faiq Ələkbərli “Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Seyid Əzim Şirvani” məqaləsində Seyid Əzim Şirvaninin dünyagörüşünü geniş şəkildə şərh etmişdir. “S.Ə.Şirvaninin dünyagörüşü ilə bağlı təhlilimizi yekunlaşdıraraq hesab edirik ki, o, dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli dərəcədə dünyəvi fəlsəfi təfəkkürə meyil göstərmiş mütəfəkkir kimi Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixində özünəməxsus yer tuta bilmişdir. S.Ə.Şirvani köhnəlik və yenilik arasında çırpınan, millətinin nicatını yeniləşmiş dünyada nə qədər axtarsa da, şəriətin müsəlmanlar üçün vacibliyini və əhəmiyyətini vurğulamağı da unutmamışdır. Bütün hallarda Şirvani doğru müəyyənləşdirə bilmişdir ki, son əsrlərdə müsəlman xalqları riyakar ruhanilərin, mollaların əməlləri üzündən Quranı, şəriəti və dini elmləri olduğu kimi öyrənə bilməmiş, eyni zamanda dünyəvi elmlərdən isə tamamilə uzaq qalmışlar. Bu baxımdan onun başlıca hədəflərindən biri o idi ki, Quranın həqiqi mahiyyətini vaxtında müsəlmanlara öyrətməyən din üləmalarının, dünyəvi elmlərin də öyrənilməsinə qənim kəsilməsinin qarşısı alınmalıdır. Çünki müsəlman xalqları yalnız dini elmləri mənimsəməklə deyil, eyni zamanda dünyəvi elmləri öyrənməklə, yəni yeni tipli məktəblərdə təhsil almaq, qəzetlər oxumaq yolları ilə inkişaf edib başqa millətlərin səviyyəsinə çata bilərlər” (1, səh. 6).                                                                                        

S.Ə.Şirvaninin dünyagörüşü onun xalq maarifi sahəsindəki xidmətləri sayəsində daha da zənginləşmişdir. Şairin ədəbi yaradıcılığı pozulmaz ədəbi qanunları, mizanları, xüsusi mövzuları, təsvir predmetləri, obyektləri və subyektləri ilə daim seçilmişdir. Onun qüdrətli qələmi sayəsində real həyat həqiqətləri və cəmiyyətin müxtəlif təbəqələri arasındakı kəskin ziddiyyətlər, dünyəvi hisslər, yüksək mənəvi keyfiyyətlər ədəbiyyata rəng qatmışdır. Seyid Əzim Şirvaninin bədii zövqü onun dünyagörüşünün carçısı idi. Ədibin ədəbi irsinin dərindən öyrənilib mənimsənilməsi nəticəsində onun yüksək humanist duyğuların tərənnümçüsü olması öz təsdiqini tapmışdır. S.Ə.Şirvaninin dünyagörüşündə ictimai həyatın mənzərəsi, cəmiyyətdə təbəqələşmə, bir-birinə zidd siniflərə parçalanma, cəmiyyəti əhatə edən coğrafi məkan və sosial mühit öz əksini tapırdı. Seyid Əzim Şirvaninin dünyagörüşünün bu kimi xüsusiyyətləri haqqında onun yaradıcılığını realist istiqamətdə araşdıran tədqiqatçılar geniş şəkildə məlumat verirlər. Belə ki, ədibin yaradıcılıq uğurlarında və ədəbi ənənəyə sadiq qalaraq inkişaf etməsində onun dünyagörüşünün rolu danılmazdır. Ədibin lirik irsinin əlvanlığı, ideya və həyat eşqi, təbiət və insan gözəlliyinin tərənnümü, real hisslərin təsviri, dünyaya nikbin baxışı, gələcəyə ümidi onun dünyagörüşü haqqında dolğun şəkildə məlumat verirdi. Seyid Əzim Şirvaninin yaradıcılığının əsas məzmunu olduqca zəngin və dolğun olduğu üçün müdrik şair xalqın düçar olduğu bəla və bədbəxtliklərə susqun qala bilmirdi. Məhz buna görə, ədib müasir cəmiyyətin strukturunda xalqın mühüm rolunun olduqduğunu bildirirdi.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

Faiq Ələkbərli // Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Seyid Əzim Şirvani // Türküstan.- 2018.- 20-26 noyabr.- 6 s. Şirvani, S. (2005). Seçilmiş əsərləri. Üç cilddə, II cild. Bakı: Avrasiya Press, 384 s. Şirvani, S. (2005). Seçilmiş əsərləri. Üç cilddə, III cild. Bakı: Avrasiya Press, 288 s.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri