Icma.az
close
up
RU
Hədəf qələbədir: Azərbaycan avarçəkənləri III MDB Oyunlarına doğru

Hədəf qələbədir: Azərbaycan avarçəkənləri III MDB Oyunlarına doğru

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

III MDB Oyunlarının başlamasına az vaxt qalıb.

İdman.biz yarışın saytına istinadən xəbər verir ki, avarçəkənlərimiz artıq hazırlığın həlledici mərhələsindədirlər.

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək Oyunlar milli komanda üçün gücünü göstərmək baxımından mühüm sınaq olacaq. Yarışların proqramına akademik avarçəkmə, kayak və kanoe növləri daxildir. Azərbaycanlı idmançılar öz sözlərini deməyə hazırdırlar.

Azərbaycan kayak və kanoe avarçəkməsi üzrə yığma komandasının böyük məşqçisi Mirnazim Cavadov hazırlığın plana uyğun getdiyini bildirib:

“Heyətimiz müəyyənləşib. Oyunlara qədər bir sıra idmançılar beynəlxalq turnirlərdə çıxış edəcəklər. İki avarçəkənimiz Portuqaliyada Gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak edib. Hazırlıq çərçivəsində Belarusda təlim-məşq toplanışı, həmçinin Rusiyanın Barnaul şəhərində keçiriləcək turnir planlaşdırılır. Bir neçə idmançımız Milanda Böyüklər arasında dünya çempionatında da iştirak ediblər.

III MDB Oyunlarında uğurlu çıxışa ümid edirik. Daha çox qızıl medal istərdik, amma rəqabət güclü olacaq. Buna baxmayaraq, mükafat yerləri uğrunda mübarizə aparmağa hazırıq”, – deyə o bildirib.

Akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Vladimir Morozov isə komandanın böyük iş gördüyünü vurğulayıb:

“Oyunlara hazırlıq hələ 2024-cü ilin sentyabrında başlayıb. Biz 10 perspektivli idmançı seçdik və onlar Mingəçevir bazasında məşq edirlər. Burada bütün lazımi şərait var. İdmançılar artıq yaxşı nəticələr göstəriblər. Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilən beynəlxalq reqatada ikinci yeri tutublar.

Xüsusi ümidlərimiz Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədliyədir. Onlar medal uğrunda mübarizə aparmaq gücünə malikdirlər. Rəqiblərimiz isə avarçəkmədə zəngin təcrübəsi olan ölkələrdir. Komandamız gəncdir, amma biz onlarla rəqabət aparacağıq”, – deyə Morozov qeyd edib.

Məşqçinin sözlərinə görə, idmançılar intensiv rejimdə – həftədə yalnız bir gün istirahət olmaqla, gündə iki dəfə məşq edirlər. Federasiya isə bütün lazımi şəraiti yaradır və beynəlxalq arenada çıxış imkanlarını təmin edir.

III MDB Oyunları Azərbaycan avarçəkənləri üçün həqiqi sınaq, həm də özlərini göstərmək üçün bir şans olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri