Icma.az
close
up
RU
Hədəflər zamanında reallığa çevrildi ŞƏRH

Hədəflər zamanında reallığa çevrildi ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə də  ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib


“Qazaxın 4 kəndinin bir güllə atılmadan qaytarılması Azərbaycanın suverenliyinin təmin olunması üçün kifayət qədər mühüm bir addım idi”



2024-cü ilin son günlərini yaşayırıq. Cəmi iki gündən sonra 2025-ci ilə qədəm qoyuruq. Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunur. Bu isə öz növbəsində tarixə qovuşan ilə baxış keçirməyi bir zərurətə çevirir. 2024-cü ildə də  ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib.

Dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti, Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi sayəsində  ilin əvvəlində qarşıya qoyulan hədəflər zamanında reallığa çevrilib.

Elə cari ilin ilk aylarından işğaldan azad edilmiş ərazilərimizdə  quruculuq,yenidən qurma və məskunlaşma prosesinin  necə sürətlə irəliləməsinə şahid olduq. 

Xüsusən də 2023-cü ilin sentyabr ayında baş verən antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa olduqdan sonra dinc quruculuq işlərinə daha ciddi start verilib. İşğaldan azad olunmuş ərazilərdə minatəmizlənmə prosesləri qısa müddətdə yerinə yetirilib, eyni zamanda da  vətəndaşlarımızın bu əraziləriə köç etməsiistiqamətində mühüm addımlar atılıb. 

2024-cü il eyni zamanda  Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın genişlənməsinə, əhalinin sosial rifahının yüksədilməsinə, sosial infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan verib.Dünyanın iqtisadi artım tempinə malik olan ölkələrindən olaraq bu il Azərbaycanda iqtisadi, sosial cəhətdən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin endirilməsi, yeni iş yerlərinin açılması əsas vəzifələrdən olub.Ölkəmizdə sosial-iqtisadi, elm, texnologiya və bir çox sahələrdə sürətli inkişaf halları müşahidə olunub.Turizm sektorunun bərpa prosesinin inkişaf istiqamətində real addımlar atılıb. 

2024-cü ilin ilk aylarından demarkasiya və delimitasiya prosesləri başlayıb. 13 km-lik ərazi Ermənistanla delimitasiya, demarkasiya olunub. Sülh müqaviləsinin imzalanması istiqamətində də addımlar atılıb.

 Bu mənada cari ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, Qazaxın 7 kəndinin qaytarılması məsələsi xüsusi əhəmiyyət daşıyır.  Xatırladaq ki, 

İlin may ayında  Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana geri qaytarılıb. Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.

24 may  tarixindən həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bu tarixi hadisə də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət xadimi kimi aktivinə yazılmalıdır. Çünki məhz Azərbaycan Prezidentinin həm hərbi, həm də diplomatik sahədə müəyyən etdiyi xətlər üzrə inkişaf edən Azərbaycan dövləti, Azərbaycan Ordusu Azərbaycan xalqının dəstəyi ilə, Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar edib.

Sözü və əməli həmişə üst-üstə düşən ölkə başçısının Qazaxın 4 kəndinin azad ediləcəyi ilə bağlı açıqlaması da reallaşıb. 1992-ci ildən Ermənistanın qanunsuz işğalına məruz qalan həmin kəndlər ölkə başçısının iradəsi ilə Azərbaycana qaytarılıb. 


Siyasi şərhçi Fərid Şahbazlı  “Sherg.az”a açıqlamasında deyib ki, Qazaxın 4 kəndinin bir güllə atılmadan qaytarılması Azərbaycanın suverenliyinin təmin olunması üçün kifayət qədər mühüm bir addım idi. 


Bu mənada 2024-cü ildə həmin kəndlərin qaytarılmasını ölkəmizin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirmək lazımdır. 

2020-ci ilin Vətən müharibəsindən sonra ötən 4 ildə baş verən proseslərin, hadisələrin gedişi göstərir ki, Azərbaycan Prezidenti bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. Cənab İlham Əliyevin həm 44 günlük Vətən müharibəsi dövründə, həm də sonrakı mərhələdə Ali Baş Komandan və prezidentlik fəaliyyəti  uzun illər tarix, diplomatiya və hərb kitablarının əsas  mövzusu olacaq. 44 günlük  Vətən müharibəsində ordumuzun həyata keçirdiyi  əməliyyatlar, göstərdikləri böyük fədakarlıq və qəhrəmanlıq bizim qələbəmizi təmin edib. Vətən müharibəsindən sonra Ağdam, Kəlbəcər, Laçın rayonlarının,  daha sonra isə erməni işğalında qalan Qazaxın 4 kəndinin  qansız- qadasız işğaldan azad edilməsi də məhz İlham Əliyevin diplomatik bacarığının bir  göstəricisidir. Bütün ehtimalların və narahatlıqların əksinə olaraq  rus sülhməramlılarının  vaxtından əvvəl ərazilərimizi tərk  etməsi də Azərbaycan dövlətinin mühüm qələbəsidir.  

Ümumiyyətlə, 2024-cü ildə şahidi olduğumuz Rusiya sülhməramlılarının bölgədən çıxarılması, kəndlərin qaytarılması kimi hadisələr  tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin təqdimatlarıdır. Bilirsiniz ki,  Qazax rayonunun işğal altında olan kəndlərinin qaytarılması məsələsi Azərbaycan tarixi Zəfərə imza atdığı 2020-ci ildən gündəmdə idi. Prezident İlham Əliyev bu məsələni daim gündəlikdə saxladı və ardıcıl iş aparıldı. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri