Icma.az
close
up
RU
Hədəflər reallığa çevrilir

Hədəflər reallığa çevrilir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının X hesabat konfransı keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsidir. Partiyanın ideoloji xəttində milli maraqlar daim üstün tutulur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə son illərdə ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi və sosial islahatlar modeli qlobal arenada təqdir edilir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqlara uyğun olaraq qarşıdakı hədəflərə nail olmaq üçün böyük potensiala malikdir.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır və partiyanın qarşıya qoyduğu məqsədlər ölkənin davamlı inkişafına xidmət edir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində qazanılmış tarixi zəfərlərdən sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. O vurğulayıb ki, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıda duran mühüm hədəflərdəndir”.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətin ictimai-siyasi həyatında mühüm rolundan danışıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycan dövlətçiliyinin formalaşmasında, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olmasında, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolundan bəhs edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlər qazanıb, bütün hədəflər reallığa çevrilir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilib. O, “Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya hər zaman xalqın etimadını doğruldub”, - deyə qeyd edib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov qeyd edib ki, partiya üzvləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlət siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verirlər.
Konfransda YAP Gəncə şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri