Icma.az
close
up
RU
Həftəliyə keçən, qiyməti qaldırmağı planlaşdıran da var Qəzetlər vəziyyəti təhlil edir

Həftəliyə keçən, qiyməti qaldırmağı planlaşdıran da var Qəzetlər vəziyyəti təhlil edir

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) qəzetlərə 2026-cı il üçün maliyyə dəstəyinin şərtlərini açıqladıqdan sonra ölkədə gündəlik nəşr olunan çap mediası fəaliyyətində bir sıra dəyişikliklər etməyi nəzərdə tutur. Bəs bu dəyişikliklər hansı formada olacaq?

“Yeni Sabah” məsələ ilə bağlı qəzetlərin baş redaktorlarının mövqeyini öyrənib.

Hazırda həftədə 5 dəfə işıq üzü görən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, mətbu orqan gələn ildən həftədə bir dəfə, təxminən 32 səhifə həcmində nəşr olunacaq:

“Çox güman ki, qəzetin qiymətini də qaldıracağıq, çünki bilirik ki, “525”in sadiq oxucuları - alimlər, şair-yazıçılar, bütövlükdə ziyalılar həftədə bir dəfə də olsa qəzetin məhz kağız variantını oxumağa üstünlük verəcəklər.

Düzünü desəm, qəzətlərin həftədə bir nömrəsinə pul ayrılması ilə birdən-birə aylıq maliyyələşmə təxminən 10 min manat azalacaq. Bu isə bizim üçün müəyyən çətinlik yaradır. Çünki ixtisar olunan həmin 4 günün təkcə çap xərci təxminən 4-5 min manatdır. Ona görə də biz itirilən vəsaiti kompensasiya etmək üçün məcburuq həm qəzetin qiymətinin artırılması hesabına müəyyən imkanlar əldə etməyə çalışaq, həm də başqa yollar axtaraq”.

R.Məcid deyib ki, indi ən ağır məqamlardan biri uzun illər mətbuatda çalışan əməkdaşların ixtisar edilməsi ehtimalıdır. Onun sözlərinə görə, bu, əlbəttə ki, çox məyusedici və ağır bir addımdır:

Azərbaycan dövləti hər zaman jurnalistləri diqqətdə saxlayıb, onların maddi-məişət məsələləri və iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün çalışıb. İnanıram ki, bundan sonra da bu dəstək davam edəcək”.

Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, rəhbərlik etdiyi mətbu orqan ilin sonunadək hər gün köşklərdə olacaq:

“Həmçinin digər qəzetlər də gündəlik işıq üzü görəcək. Bu müddət ərzində vəziyyəti təhlil edəcəyəm. Dəqiq mövqeyimizi isə gələn ilin yanvarından sonra söyləyə bilərəm”.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov isə qeyd edib ki, hazırda vəziyyəti təhlil edirlər:

“Medianın İnkişafı Agentliyi şərtləri dünən açıqlayıb. Biz hazırda bununla bağlı müzakirələr və məsləhətləşmələr aparırıq. Qəti qərar hələ verilməyib. Üç mümkün variantı nəzərdən keçiririk. Birincisi, qəzetin əvvəlki qaydada çapının davam etdirilməsi. İkincisi,  çapın həftədə bir dəfəyədə azaldılması. Üçüncüsü, çap versiyasının tam bağlanması. Yaxın günlərdə yekun qərar verərək ictimaiyyəti məlumatlandıracağıq”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu bildirib ki, növbəti ildən qəzet yenə də əvvəlki qaydada fəaliyyətini davam etdirəcək:

“Bu qaydalar yeni ildən tətbiq olunacaq və böyük ehtimalla “Yeni Azərbaycan” qəzeti gündəlik formada çapını davam etdirəcək. Təbii ki, bu proses maliyyə imkanlarından asılıdır, amma hazırda məqsədimiz gündəlik nəşri dayandırmadan yolumuza davam etməkdir. Yəni, görünən odur ki, “Yeni Azərbaycan” qəzeti gündəlik nəşr olaraq fəaliyyətini sürdürəcək”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mövzu ilə bağlı danışmaq istəməyini deyib:

“Bu suala cavab vermək istəmirəm. Xahiş edirəm nəzərə alın”.

Hazırda gündəlik nəşq olunan “Səs” qəzeti də həftəliyə keçdiyini açıqlayıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, qəzetlərə ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb.O bildirib ki, qəzet redaksiyaları getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri