Rəsmi qəzetlər birləşir?
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Xalq qəzeti” ilə “Respublika” qəzetinin redaksiyalarının birləşdiriləcəyi barədə xəbər yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a verilən məlumata görə, Prezident Administrasiyasının İşlər İdarəsinin təsisçisi olduğu qəzetlərin birləşdirildikdən sonra “Xalq qəzeti” adı ilə nəşrə davam edəcəyi gözlənilir.
İddiaya görə, birləşdirmə bəzi işçilərin ixtisara düşməsini qaçılmaz edəcək.
Adları çəkilən redaksiyalardan yayılan məlumat barədə xəbərsiz olduqları bildirilib.
Qeyd edək ki, rəsmi qəzetlərin birləşdiriləcəyi və ya bağlanacağına dair əvvəllər də məlumat yayılıb.
“Xalq qəzeti” 1919-cu ildən çıxır. Qəzet 27 avqust 1991-ci ilədək "Kommunist" adı ilə dərc olunub.
“Respublika” qəzeti isə 1990-cı ildən dərc olunur.
Baxış sayı:110
Bu xəbər 23 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















