Icma.az
close
up
RU
“HekayətiKərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb AZƏRTAC

“HekayətiKərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 yanvar, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb. Əlyazmanın mətnini yenidən tərtib edib nəşrə hazırlayan, tədqiqat (elmi-paleoqrafik, filoloji araşdırma, mətnin transfoneliterasiyası və faksimilesi), “Ön söz”, izah və qeydlərin müəllifi Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Məmmədbağıroğludur.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan “Əsli və Kərəm” dastanının “Hekayəti-Kərəm” adı ilə əlyazmaya köçürülmüş, Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsi ilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn Əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatıb. Yazılı dastan abidəsi ilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, əlyazmanın mətnini tərtib edən mərhum alim, Əməkdar elm xadimi Şamil Cəmşidov, rəyçisi professor Kamil Allahyarov, redaktoru Macarıstanın Peç Universitetinin doktorantı Mahnur Kərimovadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri