Xalq yazıçısı Natiq Rəsulzadənin yeni kitabı işıq üzü görüb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 yanvar, Anara Axundova, AZƏRTAC
Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin dilogiyası - “Gecədə atlı” povesti və “Poker oyunu” romanı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabdakı ilk əsər yazıçı tərəfindən 1981-ci ildə yazılmış, oxucuların geniş rəğbət və məhəbbətini qazanmış məşhur “Gecədə atlı” povestidir. İkinci əsər - 2024-cü ildə yazılmış “Poker oyunu” romanı bu hekayənin davamıdır. Müəllif burada otuz il sonra baş verən hadisələrdən, qəhrəmanının taleyindən, çətin sınaqlardan keçdiyi, lakin sınmadığı, məqsədinə çatdığı ömür yolundan bəhs edir.
Natiq Rəsulzadə - Azərbaycanın Xalq yazıçısı, Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, nasir, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni, bir çox yerli və xarici ədəbi mükafatların laureatıdır. O, Bakı, Moskva və Avropa ölkələrində çap olunmuş əllidən çox kitabın, çoxsaylı povestlərin, hekayələrin, ssenarilərin və pyeslərin müəllifidir.
Kitabı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Kitab Evindən əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 06 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















