Icma.az
close
up
RU
Həkim: Ginekoloji müayinələr mütləqdir, sağlam cəmiyyət sağlam qadınla başlayır

Həkim: Ginekoloji müayinələr mütləqdir, sağlam cəmiyyət sağlam qadınla başlayır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qadın sağlamlığının qorunmasında ginekoloji müayinələrin rolu əvəzolunmazdır. Buna baxmayaraq, bir çox qadınlar, xüsusilə də gənc qızlar hələ də ginekoloqa müraciəti yalnız ciddi problem yarandıqda zəruri hesab edirlər. Halbuki mütəmadi ginekoloji müayinələr bir sıra xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, reproduktiv sağlamlığın qorunmasına və gələcək risklərin qarşısının alınmasına imkan yaradır.

Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Pərvanə Bağırova cavab verib.

- Bu gün müzakirə etdiyimiz mövzu gənc qızlarda ginekoloji müayinələrin əhəmiyyəti və qadınların niyə mütəmadi olaraq ginekoloqa müraciət etməsinin zəruriliyi ilə bağlıdır. İlk olaraq, ginekoloji müayinə nədir və kimlər üçün nəzərdə tutulur?

- Ginekoloji müayinə qadın reproduktiv sisteminin - uşaqlıq, uşaqlıq boynu, yumurtalıqlar və vaginanın sağlamlığını qiymətləndirmək məqsədilə aparılan tibbi müayinədir. Bu müayinələr yalnız hər hansı şikayət olduqda deyil, sağlam qadınlarda da profilaktik məqsədlə aparılmalıdır. Ginekoloji müayinələr bütün yaş dövrləri üçün vacibdir: cinsi yetkinliyə qədəm qoymuş qızlar, reproduktiv yaşda olan qadınlar və menopauza dövründəki xanımlar üçün. Təəssüf ki, bir çox qadın ginekoloqa yalnız ciddi problem yarandıqda müraciət edir. Halbuki mütəmadi müayinələr gələcəkdə ağır fəsadlara səbəb ola biləcək xəstəliklərin vaxtında aşkarlanması üçün olduqca önəmlidir.

- Gənc qızlarda ilk ginekoloji müayinəyə nə zaman və hansı hallarda ehtiyac yaranır?

- Cinsi yetkinlik dövrünə daxil olan hər bir gənc qız müəyyən mərhələdə ginekoloji müayinəyə ehtiyac duya bilər. Bu, ilk menstruasiyanın başlaması, menstrual pozuntular, ağrılı aybaşı, səbəbsiz qarın ağrıları, pis qoxulu ifrazatlar və ya sadəcə sağlamlıqla bağlı narahatlıq zamanı ortaya çıxa bilər. Ümumiyyətlə, ilk ginekoloji müayinənin 13-15 yaş aralığında, heç bir şikayət olmasa belə, aparılması tövsiyə olunur. Bu, gənc qızın öz bədəni ilə bağlı məlumatlı olmasına və həkimlə ünsiyyətdə rahatlıq qazanmasına kömək edir. Erkən yaşda formalaşan bu vərdiş gələcəkdə reproduktiv sağlamlığın qorunmasında mühüm rol oynayır.

- Mütəmadi ginekoloji müayinələr hansı problemlərin qarşısını ala bilər?

- Müntəzəm aparılan ginekoloji müayinələr bir çox xəstəliyin ilkin mərhələdə aşkarlanmasına imkan yaradır. Bunlara uşaqlıq boynu xərçəngi, yumurtalıq kistaları, endometrioz, polikistoz yumurtalıq sindromu, infeksion və hormonal pozuntular daxildir. Xüsusilə qeyd etmək lazımdır ki, uşaqlıq boynu xərçəngi erkən mərhələdə heç bir simptom vermir və yalnız müayinə zamanı aşkar edilə bilər. Bu baxımdan PAP-smear testi çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda menstrual nizamsızlıqlar, sonsuzluq riski, endokrin pozuntular və erkən menopauza kimi hallar da ginekoloji müayinələr sayəsində vaxtında müəyyən oluna bilər.

- Ginekoloji müayinə qadının ümumi sağlamlığına necə təsir edir?

- Ginekoloji müayinə təkcə reproduktiv orqanlarla bağlı deyil, qadının ümumi sağlamlığının göstəricisidir. Hormonal balans, psixoemosional vəziyyət, sümük sıxlığı və hətta ürək-damar sağlamlığı ginekoloji vəziyyətlə sıx əlaqəlidir. Məsələn, menstrual pozuntular bəzən yumurtalıq problemi deyil, qalxanabənzər vəzin xəstəlikləri və ya insulin müqaviməti ilə bağlı ola bilər. Ginekoloq bu əlamətləri vaxtında aşkarlayaraq qadını müvafiq mütəxəssisə yönləndirə bilər. Bu baxımdan ginekoloji müayinə ümumi sağlamlığın qorunmasında açar rol oynayır.

- Bir çox qadın ginekoloji müayinədən çəkinir. Sizcə, qorxu və utanma hissi nə dərəcədə əsaslıdır?

- Təəssüf ki, bu qorxu və utanma hissi əsasən cəmiyyətdə formalaşmış yanlış düşüncələrdən və məlumatsızlıqdan qaynaqlanır. Ginekoloji müayinə elmi və peşəkar şəkildə aparılan tibbi prosedurdur. Həkim-ginekoloqlar xəstənin həm fiziki, həm də psixoloji rahatlığını təmin etməyə xüsusi diqqət yetirirlər. Qadının sağlamlığı onun ən böyük dəyəridir və bu dəyəri qorumaq üçün utanmaq yox, məlumatlanmaq lazımdır. Vaxtında müraciət edilmədikdə isə sadə problemlər ciddi fəsadlara çevrilə bilər.

- Ginekoloji müayinəyə gedərkən qadınlar nələrə diqqət etməlidirlər?

- Müayinəyə gedərkən qadın psixoloji baxımdan rahat olmalı və şikayətlərini həkimə açıq şəkildə bildirməlidir. Tövsiyə olunur ki, müayinədən 48 saat əvvəl cinsi əlaqə olmasın, vaginal yuma vasitələrindən istifadə edilməsin və yoxlamaya menstruasiya günlərində gəlinməsin. Müayinə zamanı əvvəlcə anamnez toplanır, daha sonra ehtiyac olduqda ginekoloji baxış, USM, laborator analizlər və PAP-smear testi aparılır. Bütün proses məxfi şəkildə həyata keçirilir.

- Qadınların ginekoloqa getmək üçün səbəb gözləməməsi niyə vacibdir?

- Çünki bir çox ginekoloji xəstəliklər uzun müddət heç bir əlaməti olmadan inkişaf edir. Vaxtında edilən müayinələr bu problemlərin erkən mərhələdə aşkarlanmasına və daha asan müalicəsinə imkan yaradır. Ginekoloqa mütəmadi müraciət qadının gələcəkdə həm hamiləlik, həm də ümumi sağlamlıq risklərini əhəmiyyətli dərəcədə azaldır.

- Ginekoloji maarifləndirmə qadının öz bədəni ilə münasibətinə necə təsir edir?

- Ginekoloji maarifləndirmə qadının öz bədəni ilə "dostlaşmasına" çox müsbət təsir göstərir. Qadınlar gənc yaşlardan etibarən bədənlərini tanımalı, dəyişikliklərə diqqət yetirməyi öyrənməlidirlər. Bu mövzuda ailədə, məktəblərdə və cəmiyyətdə açıq dialoqlar aparılmalıdır. Maarifləndirmə cinsi yolla keçən xəstəliklərin azalmasına, ailə planlamasına və reproduktiv hüquqların qorunmasına xidmət edir. Sağlam cəmiyyət sağlam qadınla başlayır.

- Sonda qadınlara nə demək istərdiniz?

- Ginekoloji müayinə qadının öz bədəninə verdiyi ən dəyərli hədiyyədir. Qadın orqanizmi incə və mürəkkəb bir sistemdir və onun sağlam işləməsi üçün mütəmadi nəzarət vacibdir. Ginekoloji müayinələr qorxulu deyil, əksinə sağlam gələcəyə atılan ən doğru addımdır. Gənc yaşlardan formalaşan bu vərdiş gələcək analıq, ailə həyatı və sağlam yaşam üçün möhkəm təməl yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri