Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Sağlam qida sağlam cəmiyyət deməkdir

Sağlam qida sağlam cəmiyyət deməkdir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəs zay məhsullar piştaxtalara necə çıxarılır?

Müasir dövrdə ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Çünki vətəndaşların sağlamlığı, ölkədə ictimai sabitlik, eləcə də iqtisadiyyatın dayanıqlılığı təhlükəsiz qida istehsalı və dövriyyəsi ilə birbaşa bağlıdır. Azərbaycanda bu sahədə həyata keçirilən layihələrin miqyasının getdikcə genişləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi bunun bariz ifadəsidir.

Lakin görülən genişhəcmli işlərə baxmayaraq, istehlakçı hüquqlarının tez-tez pozulması ciddi narahatlıq yaradır. Məsələn, ticarət müəssisələrində bəzən vaxtı keçmiş məhsulların paketlərdən torbalara doldurularaq çəki ilə satıldığı kimi hallar müşahidə edilir. Qida ekspertlərinin fikrincə, bu, insan sağlamlığı baxımından riskli hal sayılır.

Düzdür, məhsul ticarət məntəqələrinə verildikdə istehsalçı ilə satış şəbəkəsi arasında qarşılıqlı razılaşma olur: məhsulların son istifadə müddəti bitdikdə və ya müddətindən əvvəl keyfiyyət göstəriciləri pozulduqda, onlar istehsalçıya və ya distribütor firmalara qaytarılır. “Yeyinti məhsulları haqqında” Qanunun 16-cı maddəsində də bildirilir ki, standartlara və tələblərə cavab verməyən, yararlılıq müddəti sona çatan yeyinti məhsulları qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülərək zərərsizləşdirilir və ya məhv edilir.

Bununla bağlı qərar məhsulun müvafiq müayinəsi və ekspertizası aparıldıqdan sonra bu sahədə dövlət nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur. Eyni zamanda, zərərsizləşdirilməsi və ya məhv edilməsi, heyvanlara yemlənməsi barədə qərar verilən yeyinti məhsulları xüsusi uçota alınır və ayrıca saxlanılır. Bu məhsulların saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti məhsul sahibi daşıyır.

Ticarət müəssisələrində vaxtı keçmiş məhsulların paketlərdən torbalara doldurularaq satılması barədə isə “Yeyinti məhsulları haqqında” Qanunun 11-ci maddəsində deyilir ki, yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsi onların keyfiyyətinin, eləcə də qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin etməlidir. Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yeyinti məhsuluna “müalicəvi”, “pəhriz”, “ekoloji təmiz” və onlara bərabər tutulan adların verilməsinə və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir.

Yeyinti məhsullarının istehsalçıları tərəfindən istehsal edilən məhsullar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun qablaşdırmalı və etiketləşdirilməlidir. Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, etiketdə məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları ilə ticarət şəbəkələrində mütəmadi keçirdiyi birgə əməliyyatlar da məhz bu baxımdan strateji önəm daşıyır. Bu əməliyyatlar zamanı mənşəyi məlum olmayan, baytarlıq-sanitariya qaydalarına uyğun gəlməyən, insan sağlamlığı üçün təhlükəli sayılan yararsız məhsulların üzə çıxarılması problemin arxasında həm sistem xarakterli, həm də sahibkarlıq məsuliyyəti ilə bağlı ciddi məsələlər dayandığını göstərir.

Birgə əməliyyatların nəticələrindən aydın olur ki, mənşəyi bilinməyən ət və digər qida məhsullarının satışına səbəb olan amillər çoxşaxəlidir və bir-biri ilə sıx bağlıdır. Bu məsələdə “kölgə” iqtisadiyyatına meyil və gəlir əldə etmək üçün məsuliyyətsizlik daha çox diqqət çəkir. Belə ki, bəzi sahibkarlar minimum xərc, maksimum gəlir prinsipi ilə hərəkət edərək, nəzarətsiz şəraitdə kəsilən heyvanların ətini və ya vaxtı ötmüş ərzağı daha ucuz qiymətə alıb satmağa çalışırlar. Bu isə həm qanunsuz fəaliyyət, həm də ictimai təhlükə yaradır.

Bu sahədə gigiyena və istehsal standartlarına əməl edilməməsi də ciddi narahatlıq doğurur. Bir sıra anbar və ticarət məntəqələrində temperatur, saxlanma şəraiti, sanitar norma kimi əsaslı tələblərin pozulması nəticəsində tez xarab olan məhsullar isə gizlədilərək müəyyən müddət sonra satışa çıxarılır. Bundan başqa, qida məhsullarının harada istehsal edilməsinin, necə daşınmasının, hansı şəraitdə saxlanmasının tam izlənilə bilməməsi də hüquqi pozuntulara şərait yaradır.

Respublikamızda bu sahədə vəziyyəti ağırlaşdıran səbəblərdən biri də istehlakçı davranışı və maariflənmə səviyyəsi ilə bağlıdır. Belə ki, bəzi alıcıların ucuz qiymət naminə məhsulun keyfiyyətinə diqqət yetirməmələri, istehlakçı hüquqlarından xəbərsiz olmaları problemin uzun müddət davam etməsinə şərait yaradır. Nəticədə təhlükəli məhsullara tələb formalaşır. Kiçik sahibkarlıq subyektlərində məsuliyyət hissinin arxa plana keçməsi isə zay və keyfiyyətsiz məhsulların piştaxtalara yolunu qısaldır. Xüsusilə kiçik ət satışı məntəqələrində peşəkar heyətin olmaması, qida təhlükəsizliyi üzrə elementar biliklərin çatışmaması da risk amili kimi ciddi narahatlıq doğurur.

Bəs mövcud problemin tam aradan qaldırılması üçün hansı zəruri addımlar atılmalıdır? Ekspertlər bu suala cavablarında bildirirlər ki, Azərbaycan hökuməti bu istiqamətdə mühüm tədbirlər görsə də, məsələ sistem xarakterli yanaşma tələb edir. Problemin köklü həlli üçün bir neçə istiqamət önə çıxır. Birincisi, hər bir ət və ərzaq məhsulu istehsaldan satışa qədər rəqəmsal şəkildə qeydiyyata alınmalı, barkod sistemi (müəyyən informasiyanı texniki vasitələrlə rahat oxunacaq şəkildə reallaşdıran qara və ağ zolaqların ardıcıllığı), eləcə də elektron müşayiət sənədləri geniş tətbiq edilməlidir. Bu, həm nəzarəti gücləndirir, həm də sahibkarın məsuliyyət zonasını dəqiq müəyyənləşdirir.

Mənşəyi məlum olmayan, baytarlıq-sanitariya qaydalarına uyğun gəlməyən, insan sağlamlığı üçün təhlükəli sayılan yararsız məhsulların satışının qarşısını almaq üçün cərimə və sanksiyaların sərtləşdirilməsinə də zəruri amil kimi yanaşılmalıdır. Belə ki, qida təhlükəsizliyi qaydalarını pozanlarla bağlı cəzaların sərtləşdirilməsi, xüsusilə təkrar hal baş verən müəssisələrin fəaliyyətinin dayandırılması preventiv təsirə malikdir.

Qida eksperti Salman Hüseynov keyfiyyətsiz ət məhsullarının ticarət müəssisələrində satışının qarşısının alınması üçün, ilk növbədə, baytarlıq nəzarətinin daha da gücləndirilməsinə zəruri ehtiyac duyulduğunu vurğulayıb. O, eyni zamanda, kəsim məntəqələrinin sertifikatlaşdırılmasının, qeyri-leqal kəsimlərin qarşısının alınmasının, mobil yoxlama qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini də bildirib.

S.Hüseynov daha sonra deyib: “Bu məsələdə sahibkarların maarifləndirilməsinə və mütəmadi təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Başqa sözlə, kiçik və orta sahibkarlar üçün qida təhlükəsizliyi üzrə təlimlər reallaşdırılmalı, zəruri standartlar izah edilməli və praktik nümunələr göstərilməlidir. İstehlakçıların maarifləndirilməsi üzrə kampaniyaların təşkili də unudulmamalıdır. Televiziya, sosial şəbəkələr və maarifləndirmə platformalarında təhlükəsiz qidanın seçilməsi qaydaları haqqında proqramlar hazırlanmalıdır.

Ekspertə görə, birgə nəzarət mexanizminin davamlığının təmin edilməsi də bu məsələdə əsas şərtlərdən biridir. AQTA və DİN əməkdaşlarının mütəmadi reydləri, eləcə də digər qurumların (İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və s.) bu prosesə qoşulması monitorinq sistemini daha səmərəli edir.

Qida mütəxəssisi Vüqar Qasımovun fikrincə, sözügedən problemin aradan qaldırılması üçün bu istiqamətdə mövcud qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmalı, bu zaman Avropa təcrübəsinə xüsusi diqqət yetirilməlidir. Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ) ölkələrində qida təhlükəsizliyi sahəsində çox inkişaf etmiş nəzarət sistemi mövcuddur. Bununla belə, Avropa da daxil olmaqla dünyanın hər bir ölkəsində müəyyən pozuntular aşkarlanır. Əsas fərq isə pozuntuların miqyasının az olması və nəzarət mexanizmlərinin daha sərt işləməsi ilə bağlıdır.

Aİ ölkələrində hər bir məhsulun mənşəyi, daşınması və satışı barədə məlumat vahid elektron sistemdə toplanır. Sahibkarların məlumatı gizlətməsi mümkün deyil. Ət satışına gəldikdə isə bu sahədə elə bir ciddi problem nəzərə çarpmır. Çünki kəsim prosesi tam nəzarət altındadır, baytarlar tərəfindən hər heyvan yoxlanılır, uyğun olmayan məhsul dərhal məhv edilir. Qeyri-leqal kəsim faktları isə demək olar ki, yoxdur. Qida təhlükəsizliyinə dair qaydaların pozulması həm müəssisələr, həm də müəssisə rəhbərləri üçün çox ağır sanksiyalarla nəticələnir.

Bu ölkələrdə istehlakçı maariflənməsi də yüksək səviyyədədir. Belə ki, avropalı alıcı məhsulun etiket məlumatına, mənşəyinə, sertifikatına diqqətlə baxır. Eyni zamanda, ucuz və şübhəli məhsula tələbin olmaması amili bazarı sağlamlaşdırır. Bundan başqa, inkişaf etmiş ölkələrdə məhsulun geri qaytarılması sistemi var. Yəni satış prosesində hər hansı uyğunsuzluq aşkarlanarsa, ticarət müəssisələri dərhal məhsulu geri qaytarır, ictimaiyyəti məlumatlandırır. Bu, həm satış şəbəkəsinin nüfuzu, həm də sağlamlıq baxımından ciddi mexanizmdir.

V.Qasımov qeyd edir ki, Azərbaycanda son illər qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və həm qanunvericilik, həm idarəetmə, həm də ictimai nəzarət baxımından xeyli irəliləyiş qeydə alınıb. Lakin bu, kifayət etmir, rəqəmsallaşma və izləniləbilərlik bütün zəncir boyu təmin olunmalı, sahibkar məsuliyyəti artırılmalı, yüksək sanksiyalar və şəffaf nəzarət mexanizmi tətbiq olunmalıdır.

Azərbaycanda bütün bu layihələrin həyata keçirilməsi həm təhlükəsiz qida mühitinin formalaşmasına, həm də insan sağlamlığının tam təmin olunmasına xidmət edir. Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının yox, həm də cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Dövlətin nəzarət tədbirləri ilə yanaşı, sahibkarın dürüstlüyü və istehlakçının diqqəti birləşdikdə bu sahədə qarşıya çıxan problemlərin birdəfəlik həllinə nail olmaq mümkündür.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Ticarət müəssisələrində yararlılıq müddəti keçmiş paketli məhsullar ildən-ilə azalır. Çünki market sahibləri üçün vaxtı keçmiş məhsulun piştaxtada satışının aşkarlanması 1500 manata qədər cərimə ilə nəticələnə bilər. Ölkədə külli miqdarda markalanmamış ərzaq malları mövcuddur. Bu məhsullar əsasən ara marketlərdə və bazarlarda satılır, əksər şikayətlər isə məhz paketlənməmiş məhsullar haqqındadır.

Bütün məsələlərin həlli üçün Nazirlər Kabineti 10 il əvvəl 94 saylı qərar qəbul edib. Qərara görə, ölkədəki bütün mallar paketlənməli, üzərində buraxılma tarixi, son istifadə müddəti, saxlanma şəraiti və digər məlumatlar göstərilməlidir. Bu qərar qismən yerinə yetirilir, amma təkrar tətbiq olunsa, vəziyyət düzələ bilər.

Əhalinin ən çox şikayət etdiyi məhsullar isə ət və ət məhsulları, tərəvəzlər və çərəzlərdir. Çərəzlər əksər hallarda qurdlanır və sağlamlığa mənfi təsir göstərir. İstehlakçılar belə hallarla qarşılaşdıqda fəal olmalı və şikayətlərini gecikdirmədən müvafiq qurumlara bildirməlidirlər.

Məhsulların yararlılıq müddəti keçdikdən sonra onlar qablarından çıxarılıb etiketsiz halda satılır. Belə mallar şübhəli mallardır və “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 94 saylı qərarının pozulması deməkdir. Bu cür mallar təkcə yararlılıq müddəti keçmiş mallar deyil, eyni zamanda, saxlanma şəraiti pis olan məhsullardır. Biz açıq şəkildə bir çox məhsulların – balığın, qəndin, düyünün və s. açıq satılması halları ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və dövlətin qanunlarının pozulması deməkdir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri