Icma.az
close
up
RU
Həkim: İmplant sığorta paketinə daxil deyil

Həkim: İmplant sığorta paketinə daxil deyil

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rəsmi olmayan ödənişlər sistemdə böyük boşluğu üzə çıxardı

 “Stomatoloqların ştatının ləğv edilməsi ilə bağlı məsələ 8 ay əvvəl olmuşdu və onlara bu barədə ciddi xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, keyfiyyətin artırılması ilə bağlı ciddi işlər həyata keçirsinlər. Biz ilin əvvəlindən təhlillər həyata keçirmişik, buna görə də əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələri var ki, oraya bir il ərzində 1 nəfər belə stomatoloji xidmət üçün müraciət etmir. Deməli, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, deməli, xidmətin səviyyəsi qənaətbəxş deyil”. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da keçirilən brifinqdə danışıb. Vüqar Qurbanov qeyd edib ki, ölkədə vətəndaşların inanmadığı yetərincə stomatoloqlar var: “Vacib məsələ vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır: “Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlardakı bəzi tibb müəssisələrinə artıq stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib”.

Qəribə burasıdır ki, ölkədə fəaliyyət göstərən stomatoloqların bir qrupu TƏBİB-in stomatoloji müəssisələrdən pul tələb etdiyi iddiasını irəli sürüb. Sosial şəbəkə istifadəçisi olan bir neçə stomatoloq iddia edir ki, TƏBİB dövlət müəssisələrində çalışan stomatoloqlara hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb edir. Həkimlər bildirirlər ki, icarə haqqı məsələsi peşə fəaliyyətinə və maddi rifaha ciddi təsir göstərən problemdir. Bölgələrdə əhalinin maddi durumu o dərəcə deyil ki, stomatoloji xidmət üçün yüksək məbləğ ödəsinlər. Digər tərəfdən stomatoloqlar iş prosesi üçün lazım materialları öz hesablarına alırlar. Onlara bu məsələdə maddi yardım göstərilmir. Nəticədə material qiyməti də işin, xidmətin üzərinə əlavə edildikdə yüksək məbləğ alınır. Lakin yerli əhalinin maddi durumunu nəzərə alan stomatoloqlar endirim etməyə məcbur olur, bu da gəlirlərin azalmasına gətirib çıxarır. Gəliri az olan stomatoloqlar qoyulan tələbi (əgər həqiqətən belə tələb varsa) ödəyə bilmir. TƏBİB də buna görə stomatoloq ştatını və stomatoloji kabinetləri ləğv etmək istəyir. İddialar nə dərəcə doğrudur, məlum deyil. TƏBİB vətəndaş məmnunluğunun əsas götürüldüyünü bildirir, stomatoloqlar da həmçinin vətəndaşlara xidmət üçün çalışdıqlarını deyirlər.    

Həkim Vaqif Qarayev Sherg.az-a açıqlamasında stomatoloqlarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışdı:

- Stomatoloqların narazılığı son 2 ildə vaxtaşırı mediada görünür. İmplant sığorta paketinə daxil deyil. Bahalıdır, ona görə. Amma ilkin stomatoloji xidmət, xüsusən uşaqlarla bağlı icbari tibbi sığortaya daxil olmalıdır. TƏBİB tabeliyində olan dövlət poliklinikalarında stomatoloji kabinetlər müvafiq materiallarla təmin edilməlidir, amma stomatoloqlar bu materialları özləri alır deyə xidmət haqqı baha olur. Məndə olan məlumata görə, stomatoloqların bir qrupu ilə TƏBİB-də görüş olub və ümumi razılığa gəlinib. Qarşılıqlı anlaşılmazlıq bəlkə ona görə yaranır ki, xidmətə görə pasiyentlər pul ödəyirlər onsuz da. Amma ödənişlər rəsmi olmur. Bəlkə, ödəniş sistemi rəsmiləşsə, bu anlaşılmazlıq da aradan qalxar. İlkin stomatoloji xidmət isə sığortaya daxil edilməlidir. Özəl sektor özü bilər, hansı qiymət təyin edir, materialları necə əldə edir. AMMA dövlət müəssisələrində bu işi tənzimləmək lazımdır. Məncə, bu, elə də çətin məsələ, çıxılmaz vəziyyət deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri