Icma.az
close
up
RU
Həkim infarkt keçirən xəstəsini müalicə edərkən özü də infarkt keçirdi

Həkim infarkt keçirən xəstəsini müalicə edərkən özü də infarkt keçirdi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kanadanın Timmins və Region Xəstəxanasında (TADH) çalışan təcili tibbi yardım həkimi Kris Loreto infarkt keçirən bir xəstəni müalicə edərkən özündə də eyni simptomları hiss edib. O, aylardır idman zamanı sinəsində ağrı hiss etsə də, bunu sadəcə turşu reflüsu ilə əlaqələndirərək ciddiyə almamışdı. Lakin istifadə etdiyi dərmanlar da vəziyyətini yaxşılaşdırmayıb.

Qaynarinfo xəbər verir ki, 12 noyabrda bir xokkey oyunu zamanı ağrıları daha da şiddətlənən Loreto ertəsi gün işinə davam edib. O gün ağır infarkt keçirən bir xəstəni müalicə edərkən xəstənin həyat yoldaşı ilə söhbət zamanı özündə də eyni əlamətlərin olduğunu fərq edib. Maraqlıdır ki, müalicə etdiyi xəstə də reflü üçün dərman qəbul edib. Bu məqamda Loreto baş verənləri anlayıb: Həm xəstə, həm də o özü infarkt keçirib.

"Onun hekayəsi mənim hekayəm idi" deyən Loreto dərhal öz sağlamlıq vəziyyətini yoxlatdırıb. Aparılan qan analizləri və elektrokardioqram onun da infarkt keçirdiyini təsdiqləyib. Hazırda Loreto tibbi məzuniyyətdədir və damarlarına stent yerləşdirilərək qan axınının bərpa olunmasını nəzərdə tutan reabilitasiya proqramına davam edir.

Timmins və Region Xəstəxanası bu hadisəni 2025-ci ilin "Ürək ayı" çərçivəsində ictimaiyyətlə bölüşərək ürək-damar sağlamlığına dair maarifləndirməni artırmağı hədəfləyib. Ürək-damar xəstəlikləri hər il dünya üzrə təxminən 18 milyon insanın həyatına son qoyaraq ölüm səbəbləri arasında ön sırada yer alır.

Ürək tutması, tibbi adı ilə miokard infarktı, ürəyə qan axınının kəsilməsi və oksigen çatışmazlığı nəticəsində meydana gəlir. Bu hal, ürək əzələsinin hüceyrələrinə zərər verərək qalıcı fəsadlara və hətta ölümə səbəb ola bilər. Hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi infarkt riskini artıran əsas amillər sırasındadır. Bununla yanaşı, genetik meyillilik və hava çirkliliyi kimi ətraf mühit faktorları da ürək sağlamlığına mənfi təsir göstərir. Məsələn, Dr. Loretonun atası da eyni yaşlarda infarkt keçirmişdi.

Alimlər infarktın qarşısını almağın üsullarını və infarkt sonrası ürəyin necə bərpa oluna biləcəyini araşdırmağa davam edirlər. Hətta bəzi tədqiqatlar infarktların daha çox hansı günlərdə baş verdiyini belə müəyyən edib.

Dr. Loreto mütəmadi idman etməyin ürəyini gücləndirdiyini və daha ciddi fəsadlardan qorunmasına kömək etdiyini bildirir. Bununla belə, infarktlar həmişə əvvəlcədən xəbərdarlıq etməyə bilər. Bəzi hallarda sinə və ya çiyin ağrısı olmadan qəfil baş verə bilər. Bu səbəbdən ürəkbulanma, nəfəs darlığı kimi əlamətlərə diqqət yetirmək həyati əhəmiyyət daşıyır.

Öz sağlamlığını kifayət qədər önəm vermədiyini etiraf edən Loreto Timmins və Region Xəstəxanasının təcili yardım şöbəsində 30 il işlədikdən sonra "özünü gülləkeçirməz hiss etdiyini" və xəstələrinin sağlamlığını özünkündən üstün tutduğunu bildirib. "Başqalarına qayğı göstərməkdə mükəmməlik, amma özümüzə baxmaqda bərbadıq" deyərək vəziyyəti bir cümlə ilə izah edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri