Icma.az
close
up
RU
Oğlunun ev tapşırığını edərkən stresdən infarkt keçirdi

Oğlunun ev tapşırığını edərkən stresdən infarkt keçirdi

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Çinin Zhejiang əyalətində ata oğluna dərs hazırlığında kömək edərkən ürək tutması keçirib.

Milli.Az Çin mətbuatına istinadla bu barədə xəbər verir.

Bu hadisə ölkədə şagirdlər və valideynlər üzərindəki ağır təhsil təzyiqini yenidən gündəmə gətirib.

40 yaşlarında olan və Zhang soyadlı ata orta məktəbi bitirmək üzrə olan oğlunu liseyə qəbul imtahanlarına hazırlayarkən qəfildən nəfəs almaqda çətinlik çəkib və sinəsində kəskin ağrı hiss edib. O, dərhal xəstəxanaya çatdırılıb və kəskin miokard infarktı diaqnozu qoyulub.

Zhejiang Universitetinin Tibb Məktəbinə bağlı Sir Run Run Shaw Xəstəxanasında həkimlər təcili damar əməliyyatı keçirərək onun həyatını xilas ediblər. Həkimlər bildiriblər ki, Zhangın ürək tutması vaxtından əvvəl koronar arteriya xəstəliyi və emosional stresslə əlaqəli olub.

Bu hadisə, Çində valideynlərin uşaqlarının təhsilindəki stress səbəbilə sağlamlıq problemləri yaşadığı digər halları da xatırladıb. Məsələn, fevral ayında bir başqa ata oxşar stress səbəbilə göz xəstəliyi ilə xəstəxanaya yerləşdirilib, 2018-ci ildə isə Jiangsu əyalətində bir ana qızına görə əsəbləşərək insult keçirib.

Çində bir çox müəllimlər ev tapşırıqlarının nəzarətini valideynlərin üzərinə qoyur. Valideynlər isə uşaqlarının akademik nailiyyətlərini şəxsi uğur kimi görür və onları maksimum nəticələr üçün sıxışdırırlar. Bunun əsas səbəblərindən biri, ölkədəki qəbul imtahanı olan gaokaonu uğurlu gələcək üçün yeganə yol olaraq görmələridir.

Mütəxəssislər valideynlərə emosiyalarını idarə etməyi və uşaqlara daha müstəqil öyrənmə vərdişi qazandırmağı tövsiyə edirlər. Çinli ekspert Ling Zongwei valideynlərin övladlarına daha sağlam təhsil mühiti yaratmasının vacibliyini vurğulayıb.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri