Həkim kartofu günün altında saxlamağın zərərlərindən danışıb
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kartofun tərkibindəki zərərli maddələrin miqdarı Günəş şüalarının və müsbət dörd dərəcədən yuxarı saxlama temperaturunun təsiri altında bir neçə dəfə artır".
Oxu.Az-ın xəbərinə görə, bunu Gazeta.ru-ya Rusiya Biotexnoloji Universitetinin Baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik kafedrasının dosenti Polina Kulaç deyib.
Onun sözlərinə görə, kartof işığa nə qədər çox məruz qalsa, zəhərin konsentrasiyası bir o qədər yüksək olur.
Mütəxəssis diqqətə çatdırıb ki, qaynama və qızartma toksinləri tam məhv edə bilməz, ona görə də təhlükə qalmaqdadır:
"Solanin maddəsi qana daxil olduqda, ürək-damar, sinir, tənəffüs və sidik sistemlərinə toksik təsir göstərir. Böyük miqdarda nəfəs darlığına, ümumi zəifliyə, başgicəllənməyə və baş ağrılarına səbəb ola bilər".
Riskləri minimuma endirmək üçün həkim kartofu qaranlıq, sərin yerdə saxlamağı tövsiyə edir:
"Əgər kartof bir az yaşıllaşıbsa, qabığı olan yerləri və altındakı 1-2 sm lətli hissəni kəsmək lazımdır. Geniş yaşıllanmaya məruz qalmış kartof əkin üçün istifadə edilə bilər, lakin yemək üçün deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Sentyabr 2025 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















