Icma.az
close
up
RU
Həkim olmayanlar dövlət xəstəxanasında necə əməliyyat aparır? Gündəm olan İDDİALARA CAVABLAR

Həkim olmayanlar dövlət xəstəxanasında necə əməliyyat aparır? Gündəm olan İDDİALARA CAVABLAR

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə ixtisası olmadığı halda əməliyyat həyata keçirən şəxslərlə bağlı müxtəlif səpkili mövzular müzakirə olunur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, geniş müzakirələrə səbəb olan müzakirələrdən biri də "Fərid doktor" kimi tanınan Fərid Bayramovun fəaliyyəti ilə bağlı olub. İctimaiyyəti narahat edən və müzakirə olunan əsas məsələ Fərid Bayramovun həkim olmadığı halda özünü həkim kimi təqdim etməsi və cərrahi əməliyyatlar aparması ilə bağlı irəli sürülən iddialar ətrafındadır. İddialara görə, Fərid Bayramov tibb qardaşı statusuna malik olduğu halda, həkim səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Habelə, bəzi məlumatlara görə, Fərid Bayramov akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində damar cərrahı Ruslan Əliyevin tapşırığı ilə invaziv əməliyyatlar həyata keçirir. O, təkcə dövlət müəssisəsində deyil, həmçinin "Kəpəz Hospital" və "Baku City Hospital" kimi özəl klinikalarda da fəaliyyət göstərib.

O da iddia olunub ki, sözügedən Elmi Cərrahiyyə Mərkəzində faktiki olaraq heç bir damar əməliyyatı aparılmır. Əksinə, damar problemləri ilə müraciət edən pasiyentlər həmin mərkəzin verdiyi göndəriş əsasında digər özəl xəstəxanalara yönləndirilirlər və bu proses həkim Ruslan Əliyev tərəfindən sistemli şəkildə təşkil olunur. Nəticədə xəstələr xüsusi qaydada özəl sektora yönləndirilir. Həmçinin qeyd olunur ki, Fərid Bayramovdan əlavə, həkim olmayan Anar adlı bir texnik də əməliyyatlara cəlb olunur.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün əvvəlcə iddialarda adı keçən Fərid Bayramovla əlaqə saxladıq. Tibb qardaşının açıqlaması çox kəsə və sərt olub.

"Heç bir şey haqqında məlumat verə bilmərəm. Mən sizə niyə məlumat verməliyəm ki? Mən sizi tanıyıram? Media işçisi üzbəüzə çıxır insanla, telefonla danışmır. Sağ olun", - deyərək telefonu söndürdü. İddialarda adı hallanan digər həkim M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində çalışan Ruslan Əliyevlə də əlaqə saxlamağa çalışdıq. Həkim nə zəngimizə, nə yazılan mesaja özü cavab verdi. Hazırda Ruslan Əliyevin baş həkim olduğu "Saf Hospital"ın (keçmiş "City Hospital") mətbuat katibi Mehriban Əsgərova iddiaları cavablandırdı.

M.Əsgərova bildirbi ki, xəstələrin hansısa özəl klinikalarda əməliyyat olunması onların öz seçimlərinə bağlı məsələdir. "Xəstələr icbari tibbi sığorta ilə müraciət etdikdə hansı xəstəxanada əməliyyat olunacaqlarını özləri seçirlər. Heç kim heç kimi zorla hansısa xəstəxanaya yönləndirmir. O ki qaldı yalnız bizim hospitalda keçirilən əməliyyatlara, bəli, həmin əməliyyatları iş saatlarında Ruslan həkim aparır. Bundan əlavə burada geniş bir komanda çalışır. Qeyd etdiyiniz Anar adlı həkimi tanımırıq. Bizdə o adda həkim yoxdur. Fərid adlı texnik var, həkim deyil və o, tibb qardaşı sənədi ilə texnik vəzifəsində işləyir. Texnik əməliyyatda iştirak edir, çünki əməliyyat texnoloji prosedurdur və texnikin nəzarəti mütləqdir. Lakin həmin texnikin şəxsən kiməsə əməliyyat etməsi barədə yayılan iddiaların əsası yoxdur. Bir daha qeyd edim: Fərid həkim deyil, tibb qardaşıdır və əməliyyatxanada texnikaya nəzarət edir. Ümumiyyətlə, kifayət qədər həkim olan bir müəssisədə niyə əməliyyat və ya stend qoyulmasını tibb bacısı, tibb qardaşı və ya texnikin həyata keçirməsinə ehtiyac olsun? Mövzunun niyə ortaya çıxdığı bizə aydın deyil. Yayılan iddialar tamamilə əsassızdır və mümkünsüzdür. Özünün baş həkim olduğu xəstəxanada Ruslan həkim əməliyyatı niyə texnikə ötürməlidir ki?" - deyə M.Əsgərova qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən  Fərid Həsən oğlu Bayramovun "Tibb kadrlarının vahid reyestri"ndə tibb qardaşı kimi qeydiyyata alındığı və onunla bağlı Səhiyyə Nazirliyinə hər hansı bir şikayət daxil olmadığı qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see229

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see215

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see146

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see136

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see133

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri