Icma.az
close
up
RU
Həkim olmayan şəxslər invaziv əməliyyat edirlər? Gündəm olan İDDİALARA CAVABLAR

Həkim olmayan şəxslər invaziv əməliyyat edirlər? Gündəm olan İDDİALARA CAVABLAR

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə ixtisası olmadığı halda əməliyyat həyata keçirən şəxslərlə bağlı müxtəlif səpkili mövzular müzakirə olunur.

Oxu.Az xəbər verir ki, geniş müzakirələrə səbəb olan müzakirələrdən biri də "Fərid doktor" kimi tanınan Fərid Bayramovun fəaliyyəti ilə bağlı olub.

İctimaiyyəti narahat edən və müzakirə olunan əsas məsələ Fərid Bayramovun həkim olmadığı halda özünü həkim kimi təqdim etməsi və cərrahi əməliyyatlar aparması ilə bağlı irəli sürülən iddialar ətrafındadır.

İddialara görə, Fərid Bayramov tibb qardaşı statusuna malik olduğu halda, həkim səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Habelə, bəzi məlumatlara görə, Fərid Bayramov akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində damar cərrahı Ruslan Əliyevin tapşırığı ilə invaziv əməliyyatlar həyata keçirir. O, təkcə dövlət müəssisəsində deyil, həmçinin "Kəpəz Hospital" və "Baku City Hospital" kimi özəl klinikalarda da fəaliyyət göstərib.

O da iddia olunub ki, sözügedən Elmi Cərrahiyyə Mərkəzində faktiki olaraq heç bir damar əməliyyatı aparılmır. Əksinə, damar problemləri ilə müraciət edən pasiyentlər həmin mərkəzin verdiyi göndəriş əsasında digər özəl xəstəxanalara yönləndirilirlər və bu proses həkim Ruslan Əliyev tərəfindən sistemli şəkildə təşkil olunur. Nəticədə xəstələr xüsusi qaydada özəl sektora yönləndirilir. Həmçinin qeyd olunur ki, Fərid Bayramovdan əlavə, həkim olmayan Anar adlı bir texnik də əməliyyatlara cəlb olunur.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün əvvəlcə iddialarda adı keçən Fərid Bayramovla əlaqə saxladıq. Tibb qardaşının Oxu.Az-a açıqlaması çox kəsə və sərt oldu.

"Heç bir şey haqqında məlumat verə bilmərəm. Mən sizə niyə məlumat verməliyəm ki? Mən sizi tanıyıram? Media işçisi üzbəüzə çıxır insanla, telefonla danışmır. Sağ olun", - deyərək telefonu söndürdü.

İddialarda adı hallanan digər həkim M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində çalışan Ruslan Əliyevlə də əlaqə saxlamağa çalışdıq. Həkim nə zəngimizə, nə yazılan mesaja özü cavab verdi.

Sualımızı hazırda Ruslan Əliyevin baş həkim olduğu "Saf Hospital"ın (keçmiş "City Hospital") mətbuat katibi Mehriban Əsgərova cavablandırdı.

M.Əsgərova Oxu.Az-a açıqlamasında bildirdi ki, xəstələrin hansısa özəl klinikalarda əməliyyat olunması onların öz seçimlərinə bağlı məsələdir.

"Xəstələr icbari tibbi sığorta ilə müraciət etdikdə hansı xəstəxanada əməliyyat olunacaqlarını özləri seçirlər. Heç kim heç kimi zorla hansısa xəstəxanaya yönləndirmir.

O ki qaldı yalnız bizim hospitalda keçirilən əməliyyatlara, bəli, həmin əməliyyatları iş saatlarında Ruslan həkim aparır. Bundan əlavə burada geniş bir komanda çalışır. Qeyd etdiyiniz Anar adlı həkimi tanımırıq. Bizdə o adda həkim yoxdur. Fərid adlı texnik var, həkim deyil və o, tibb qardaşı sənədi ilə texnik vəzifəsində işləyir.

Texnik əməliyyatda iştirak edir, çünki əməliyyat texnoloji prosedurdur və texnikin nəzarəti mütləqdir. Lakin həmin texnikin şəxsən kiməsə əməliyyat etməsi barədə yayılan iddiaların əsası yoxdur. Bir daha qeyd edim: Fərid həkim deyil, tibb qardaşıdır və əməliyyatxanada texnikaya nəzarət edir.

Ümumiyyətlə, kifayət qədər həkim olan bir müəssisədə niyə əməliyyat və ya stend qoyulmasını tibb bacısı, tibb qardaşı və ya texnikin həyata keçirməsinə ehtiyac olsun? Mövzunun niyə ortaya çıxdığı bizə aydın deyil. Yayılan iddialar tamamilə əsassızdır və mümkünsüzdür. Özünün baş həkim olduğu xəstəxanada Ruslan həkim əməliyyatı niyə texnikə ötürməlidir ki?" - deyə M.Əsgərova qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq Fərid Həsən oğlu Bayramovun "Tibb kadrlarının vahid reyestri"ndə tibb qardaşı kimi qeydiyyata alındığı və onunla bağlı Səhiyyə Nazirliyinə hər hansı bir şikayət daxil olmadığı bildirildi.

"Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisas işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatlarına uyğun fəaliyyət göstərirlər. Tibb bacısı (qardaşı) əməliyyat otağında tibb bacısı (qardaşı), anestezist, feldşer və mama kimi orta tibb heyətinə aid vəzifələr çərçivəsində fəaliyyət göstərməli, aidiyyəti üzrə vəzifə təlimatlarına uyğun işləməlidir. Əməliyyat otağının tibb bacıları (qardaşları) cərrahi profilli şöbələrdə və əməliyyat bloklarında çalışa bilərlər.

Əməliyyat otağının tibb bacısı (qardaşının) vəzifə öhdəliklərinə əməliyyat otağının və cərrahiyyə briqadasının iştirakçılarının, cərrahiyyə alətləri, ağlar, tikiş və sarğı materialları, aparatların hazırlanması, pasiyentin vaxtında gətirilməsi və infeksiya təhlükəsizliyinin təmin olunması, pasiyentin əməliyyata hazırlanması, əməliyyat masasının və sahəsinin hazırlanması, cərrahiyyə əməliyyatlarında iştirak, briqadaya zəruri alət, material və aparatların təmin edilməsi, əməliyyatdan sonra pasiyentə ilkin qulluq və əməliyyatdan sonrakı fəsadların profilaktikası daxildir.

Hər bir tibb işçisi qanunvericilklə müəyyən olunmuş vəzifə öhdəlikləri, hüquq və məsuliyyət çərçivəsində fəaliyyət göstərməlidir. Mövcud qanunvericiliyə uyğun olaraq insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə bu barədə mediada məlumatlar yayıldıqda nəzarət tədbirlərinin həyata keçirilməsi mümkün ola bilər",- deyə məlumatda bildirilib.

İddiada adı hallanan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddiaların əksi olaraq, mərkəzdə periferik damarlar və koronar arteriyalar üzərində invaziv əməliyyatlar hal-hazırda da həyata keçirilir.

"Əməliyyatlar Mərkəzin invaziv radioloqları Ələsgər Əliyev və Ruslan Əliyev tərəfindən icra olunur. Hər iki mütəxəssis qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikasiyadan keçmiş və praktik tibbi fəaliyyət göstərmək hüququnu təsdiqləyən müvafiq sənədlərə malikdir.

2025-ci ilin birinci yarısında Mərkəzdə iki minə yaxın mürəkkəb damar və koronar invaziv əməliyyat uğurla icra olunub. Bununla belə, əməliyyatların sayının çoxluğu səbəbindən mövcud angioqraf cihazı ilə gün ərzində qəbul edilən xəstələrin sayı limitlidir. Qeyd olunanları nəzərə alaraq bəzi hallarda pasiyentlər digər tibb müəssisələrinə yönləndirilib.

Qeyd edək ki, pasiyentlərin hansı tibb müəssisəsində müayinə və müalicə olunacağını seçmək hüququ birbaşa onlara aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqləmə kodu alındıqdan sonra vətəndaşlar müalicə olunmaq istədikləri həkim və tibb müəssisəsini sərbəst seçə bilərlər.

Hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ən müasir "SİEMENS Artis One Edition angioqraf" cihazı Mərkəzdə quraşdırılıb. Texniki şərtlərin (otaq, oksigen təchizatı və s.) təmin olunması artıq yekunlaşdırılıb. Qanunvericiliyə uyğun olaraq tender əsasında tələb olunan əlavə tibbi ləvazimatlar alındıqdan sonra cihazın sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, xarici mütəxəssislər tərəfindən həkimlər üçün xüsusi təlimlər də başlanıb. Bu yeniliklərdən sonra daha geniş miqyasda və yüksək texniki imkanlarla damar əməliyyatlarının icrası mümkün olacaq", - deyə məlumatda vurğulanıb.

Sorğuda adı çəkilən şəxslərlə bağlı bildirilib ki, Fərid və Anar adlı şəxslərin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə heç bir əlaqəsi olmayıb və onlar burada heç vaxt çalışmayıblar.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri