Icma.az
close
up
RU
Həkim özbaşına qəbul edilməsi təhlükəli olan dərmanları açıqladı

Həkim özbaşına qəbul edilməsi təhlükəli olan dərmanları açıqladı

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hər hansı bir tibbi preparatın qəbulu əvvəlcədən həkimlə məsləhətləşdirilməlidir. Lakin elə dərman vasitələri var ki, onları özbaşına təyin etmək xüsusilə risklidir: seçimdə və ya dozada edilən yanlışlıq ciddi fəsadlara yol aça bilər".

Bu barədə Gazeta.ru-ya rusiyalı mütəxəssis Aleksey Panov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, belə preparatlara qan təzyiqini aşağı salan və ürək ritmini tənzimləyən dərmanlar aiddir:

"Hansısa vasitəni sadəcə tanışınıza kömək etdiyi üçün qəbul etmək təhlükəlidir: tonometrdəki göstəricilər eyni olsa belə, bu, iki fərqli şəxsə eyni müalicənin uyğun gəldiyi demək deyil. Yanlış seçilmiş dərman və ya artıq doza təzyiqin həddindən artıq düşməsinə, huşun itirilməsinə və ya ürək ritminin pozulmasına səbəb ola bilər. Boğazağrısı və ya qızdırma zamanı antibiotikləri də müstəqil şəkildə seçmək məsləhət görülmür. Yalnız simptomlara əsaslanaraq infeksiyanın bakteriya, yoxsa virus tərəfindən törədildiyini müəyyənləşdirmək qeyri-mümkündür. Səhv seçilmiş vasitə həm kömək etməyəcək, həm də arzuolunmaz reaksiyalar yaradacaq. Dozanın az olması və ya müalicə kursunun vaxtından əvvəl dayandırılması bakteriyaların antibiotiklərə qarşı dirəncliyinin yaranmasına gətirib çıxarır. Hormonal preparatlar, eləcə də sistemli qlükokortikosteroidlər maddələr mübadiləsi proseslərinə ciddi təsir göstərir".

Rusiyalı alimin fikrincə onların bəzilərinin uzunmüddətli istifadəsi zamanı orqanizm öz hormon istehsalını azaldır:

"Bu səbəbdən belə terapiyaya həkim təyinatı olmadan başlamaqla yanaşı, sxemi özbaşına dəyişdirmək və ya kursu qəflətən dayandırmaq da təhlükəlidir. Bəzi hallarda dozanı tədricən azaltmaq tələb olunur.

Antikoaqulyantlar və antiaqreqantlar trombların profilaktikası məqsədilə tətbiq edilir, lakin yanlış doza qanama riskini artırır. Onların təsiri digər dərmanlar və qidalarla birlikdə qəbul edildikdə dəyişə bilər. Psixotrop və qıcolmalar əleyhinə vasitələr fərdi qaydada seçilməlidir: kəskin dəyişiklik, qəbulun buraxılması və ya dayandırılması ləğvetmə sindromuna səbəb ola bilər.

Bundan əlavə, dərmanın reseptsiz satılması onun tamamilə risksiz olduğu anlamına gəlmir. Ağrıkəsicilər, qızdırmasalıcılar və antihistamin preparatlar ciddi şəkildə təlimata uyğun istifadə olunmalıdır. Əgər simptom geri qayıdırsa və ya dərmanı davamlı qəbul etmək məcburiyyəti yaranırsa, özbaşına müalicəni davam etdirmək əvəzinə mütləq həkimə müraciət etmək lazımdır". /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri