Həkim xəbərdarlıq etdi: Piylənmə xərçəng riskini artıra bilər
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
"Piylənmə yalnız diabetə, yüksək qan təzyiqinə, ürək xəstəliklərinə və oynaq problemlərinə deyil, həm də xərçəngə səbəb ola bilər".
Oxu.Az xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində rusiyalı həkim-onkoloq Levan Vardayev deyib.
Onun sözlərinə görə, piylənmə fonunda insanlarda endometrium, qida borusu, qaraciyər, böyrək, mədəaltı vəzi və bağırsaq şişləri daha aktiv şəkildə inkişaf edir. Mütəxəssis qeyd edib ki, bəzi hesablamalara əsasən, qadınlarda rast gəlinən bütün döş xərçəngi hallarının 10 faizindən çoxu birbaşa artıq çəki ilə bağlıdır.
Həkim izah edib ki, piylənmə zamanı bütün orqanizmin fəaliyyəti dəyişir: maddələr mübadiləsi və hormonal fon pozulur, insulinin səviyyəsi artır, toxumalarda isə xroniki iltihab prosesi davam edə bilər. Bütün bu amillər bəzi şişlərin inkişaf riskini artıran əlverişli şərait yaradır.
Vardayev əlavə edib ki, effektiv müalicəyə nə qədər tez başlanılarsa, piylənmə ilə müşayiət olunan xəstəliklərin inkişafının qarşısını almaq şansı bir o qədər çox olar. Bununla belə, müalicə hər bir halda fərdi şəkildə seçilir.
Mütəxəssis vurğulayıb ki, bəzi insanlarda yalnız qidalanma rejiminin və fiziki aktivlik səviyyəsinin dəyişdirilməsi kifayət edir, digərlərinə dərman terapiyası tələb olunur. Ağır piylənmə və müvafiq göstərişlər olduqda isə həkimlər bariatrik cərrahiyyəyə müraciət edə bilərlər.
Baxış sayı:99
Bu xəbər 09 Oktyabr 2026 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















