Pivə xərçəng riskini artıra bilər HƏKİM
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Pivə bağırsaq xərçənginin inkişaf riskini artıra bilər.
“Cebheinfo.az” “Gazeta.Ru”-ya istinadən yazır ki, bunu Sankt-Peterburqdakı "Be Healthy" klinikasının baş həkimi Aleksey Vasilevski deyib.O deyib ki, digər spirt növləri kimi pivənin tərkibində etanol var və o, orqanizmdə asetaldehidə çevrilə bilir. Bu maddə DNT-ni zədələmək qabiliyyətinə malikdir. İstehlak olunan doza artdıqca bədəndə toplanır və müəyyən bir nöqtədə onun konsentrasiyası mutagen proseslərə səbəb olur.
“Alkoqol da iltihab yaradır və bu, qida maddələrinin udulmasına mane ola bilər. Bu isə xərçəng riskini artırır”,-deyə həkim əlavə edib.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, spirtli içkilərin tez-tez istifadəsi bağırsaq xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin inkişaf riskini artırır.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















