Icma.az
close
up
RU
Həkim yalan xəbərlər yayır Nəzrinin ailəsi

Həkim yalan xəbərlər yayır Nəzrinin ailəsi

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mərcan klinikası"nda plastik-cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat olunan və bir neçə gün sonra dünyasını dəyişən 29 yaşlı Nəzrin Mansurovanın ailəsi "Baku TV"yə açıqlama verib.

Axşam.az xəbər verir ki, Nəzrinin bacısı Nərmin Paşabəyli plastik-cərrah S.Mehdiyevin bacısı haqda yalan məlumatlar yaydığını bildirib. O qeyd edib ki, Nəzrin ilk dəfədir əməliyyat etdirirmiş:

"Nəzrin ilk dəfə idi narkoz alırdı. Bu günə qədər əməliyyat keçirməmişdi. Həkim yalandan xəbər yayır ki, üçüncü əməliyyatıdır. 3 yanvar günortadan sonra əməliyyat olundu, 4-də evə buraxıldı. Kəskin baş ağrılarından şikayət edirdi. Həkimlə birbaşa danışmaq mümkün deyildi, köməkçisi deyirdi ki, normaldır. Güclü ağrıları oldu, Təcili Yardım ağrıkəsici verdi. Yanvarın 4-də səhər halı lap pisləşdi. Təcili yardım həkimləri onu yaxşılaşdırmağa çalışırdılar. Həkimin köməkçisinə nə qədər izah etməyə çalışdıq ki, Nəzrin pisdir. Sənan həkimlə qətiyyən danışmaq mümkün deyildi. Köməkçi deyirdi biz dediklərimizi edin, düzələcək. Onun bəlkə də heç tibb təhsili yoxdu. Təcili Yardım həkimləri yığdı köməkçini, dedi, bəlkə biz onlara vəziyyəti izah edə bilərik. Dedilər ki, həkimə deyin vəziyyət pisdir. Sənan həkim zəng vurdu, işçilər izah etdi vəziyyəti. Nəzrin övladını da, bizi də tanımırdı, qeyri-adekvat hərəkətlər edirdi.

Əməliyyatdan 35 gün əvvəl müayinə olunmuşdu. Axşam yenə zəng etdik ki, pisdir axı. Bizi arxayın edir ki, normaldı, evdə saxlayın, sabah baxarıq nə olacaq. Biz də saxlamadıq, başqa xəstəxanaya apardıq. 40 dəqiqə içində şok keçirtdi, yavaş-yavaş beyin öldü, bir-iki gün də ürək döyüntüsü bitdi. Nəzrin həkim seçəndə heç araşdırmadı. Deyirdi, 10 ilin həkimidir. Biz bilirik ki, Nəzrin kliniki ölüm keçirdib, gəlib Sənan həkim deyir ki, hər şey normaldır. Hər şeyi üstündən atıb, deyir, beyin sınığı olmayıb. Hətta deyir ki, əməliyyatlı burundu. Amma deyil, o heç vaxt etdirməmişdi.  Nəzrinin 29 yaşı var idi, övladının 3 yaşı. Qızı səhərə qədər anasını istəyir".

Nəzrinin atası Aydın Abışzadə "Həmin həkimlə üz-üzə gəlmək istəmirəm. Heç nəyi boynuna almır. Hələ durub saxta məlumat paylaşır ki, üçüncü əməliyyatdır. Nəzrin bu günə kimi heç vaxt əməliyyat edilməyib. 4 min manat pul ödəyib" sözlərini əlavə edib.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri