Icma.az
close
up
RU
Həkimdən niyə qaçırıq? Hər hansı bir səhv müdaxilə fobiya yaradır və bu da...

Həkimdən niyə qaçırıq? Hər hansı bir səhv müdaxilə fobiya yaradır və bu da...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanda kifayət qədər peşəkar, işini vicdanla yerinə yetirən həkimlər olsa da, vətəndaşların əksəriyyəti həkim yanına getməyə çəkinir və ya bunu lazım bilmir.

Bəzi insanlar da xəstələndikdə, bir yerləri ağrıdıqda həkimə müraciət etmək əvəzinə öz üsulları ilə özlərini müalicə etməyə çalışırlar.

Maraqlıdır, həkimlərə qarşı olan önyarğının səbəbi nədir? Həkimdən niyə qaçırıq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, həkimlərə münasibət aşağı-yuxarı bir çox illərdə eyni olub. Onun fikrincə, bunun səbəbi həkimlərin xəstəyə, pasiyentə fərqli yanaşma metodlarından istifadə etmələridir.

Üzeyir Şəfiyev, sosioloq

Müsahibimizin sözlərinə görə, əsasən həkimlərin hər hansı bir səhv müdaxiləsi fobiya yaradır və bu fobiya digər insanlara da yansıyır.

Ü.Şəfiyev onu da vurğulayıb ki, bəzi həkimlər qeyri-peşəkarlıq nümayiş etdirir, düzgün diaqnostik qiymətləndirmə aparmır və yaxud da düzgün əməliyyat realizə etmir. Buna görə də həkimlərə münasibətdə bir qədər tərəddüdlü məqamlar var:

“Amma bu o demək deyil ki, həkimlərə güvənmək olmaz. Azərbaycanda kifayət qədər peşəkar həkimlər var. Onlara inanmaq lazımdır”.

Sosioloqun fikrincə, bəzən qeyri-peşəkar həkimlər reklam vasitəsilə özlərini ictimaiyyətə təqdim edir ki, bu səbəbdən də həkimlərin reklamının qarşısı alınmalıdır.

Peşəkarlıq baxımından onların səviyyəsinin heç də reklam olunmayan həkimlər qədər olmadığını deyən müsahibimiz nəzərə çatdırıb ki, onlar bəzən müraciət edən pasiyentlərə xəyal qırıqlığı yaşadır və bu şəxslərə görə həkimlərə qarşı fobiya var:

“Bu olmasın deyə həkimlərin daha peşəkar sertifikasiyası həyata keçirilməlidir. Eyni zamanda daim onlar təkmilləşməyə cəlb olunmalıdır. Həmçinin onların psixoloji durumu test edilməlidir. Əgər vətəndaşlar bunlardan əmin olarsa, o zaman onlarda olan tərəddüd də aradan qalxmış olar”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri