Evdə iynə vurulması hansı təhlükələr yaradır? Həkimdən xəbərdarlıq
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son illər ev şəraitində, tibbi mütəxəssis nəzarəti olmadan iynə vurulması nəticəsində insanların həyatını itirməsi və ya ciddi sağlamlıq problemləri ilə üzləşməsi halları diqqət çəkir. Bəzən adi müalicə proseduru kimi qəbul edilən iynə vurulması əslində ciddi risklər daşıya bilər. Yanlış dərman seçimi, dozanın düzgün təyin edilməməsi, allergik reaksiyalar və anafilaktik şok ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.
Lənkəranın Veravul kəndində 56 yaşlı kişinin həyat yoldaşı tərəfindən evdə iynə vurulduqdan sonra vəfat etməsi də bu məsələni yenidən gündəmə gətirir. Bəs ev şəraitində iynə vurulması nə dərəcədə təhlükəsizdir? Vətəndaşlar hansı hallarda bu proseduru evdə həyata keçirə bilərlər?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, həkimlər diaqnozun qoyulmasına və həmin diaqnoz əsasında təyin edilən dərmanların adlarının müəyyənləşdirilməsinə cavabdehdirlər:
"Lakin dərmanların keyfiyyətinə, xəstələrin qəbul etdiyi qida və içkilərin, eləcə də istifadə etdikləri suyun keyfiyyətinə görə həkim məsuliyyət daşımır. İkincisi, insanın iynə vurulduqdan sonra vəfat etməsi heç də onun məhz iynədən öldüyü anlamına gəlmir. Həmin şəxsin müəyyən xəstəlikləri və ya orqanizminin vəziyyəti ilə bağlı problemləri ola bilər və bu, hər hansı reaksiyaya səbəb ola bilər. Bəli, dərmana qarşı güclü reaksiya, hətta şok da yarana bilər. İnsan orqanizmində müxtəlif patoloji vəziyyətlər səbəbindən belə hallar baş verə bilər. Yəni ölümün iynədən sonra baş verməsi onun mütləq iynə və ya həmin dərmanın təsirindən qaynaqlandığını göstərmir. Bu, insanın orqanizminin vəziyyətindən, allergiyaya meyilliliyindən və digər ağır xəstəliklərinin olub-olmamasından da asılıdır”.
Ekspert əlavə edib ki, xəstəyə iynə yalnız həkimin təyinatı ilə tibb bacısı və ya tibb qardaşı tərəfindən vurula bilər:
"Xəstə çox ağır vəziyyətdə olduqda, hətta ev şəraitində belə, onun vəziyyətindən asılı olaraq iynənin həkimin iştirakı ilə tibb bacısı tərəfindən vurulması mümkündür. Bəzi hallarda xəstəni tibb müəssisəsinə aparmağa imkan və vaxt olmadıqda həkim özü də ona yardım göstərməli olur. Amma təbii ki, müalicələrin vaxtında aparılması daha məqsədəuyğundur. İnsanlarımız öz sağlamlıqlarına diqqət yetirməli, xəstəlikləri ilə bağlı vaxtında həkimə müraciət etməlidirlər. Ümumiyyətlə, sağlam insanlar da ildə bir-iki dəfə profilaktik müayinə üçün həkimə müraciət etməlidirlər. Bu prosedurların xəstəxana şəraitində həyata keçirilməsi daha yaxşıdır”.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















