Həkimdən xəbərdarlıq: Az yerimək depressiyaya səbəb ola bilər
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fizioloq-reabilitoloq Cek Maknamara bildirib ki, gündə 2500 addımdan az yeriyən insanlarda tez-tez depressiya əlamətləri müşahidə olunur.
Ölkə.az xəbər verir ki, o, bu azhərəkətli həyat tərzinin görünməyən təhlükəsi barədə "The Independent" qəzetinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, müntəzəm yerimək ürək-damar xəstəlikləri, ikinci tip diabet, bəzi xərçəng növləri və vaxtından əvvəl ölüm riskini azaltmağa kömək edir. Bununla yanaşı, o qeyd edib ki, böyüklərin təxminən üçdə biri tövsiyə olunan fiziki aktivlik normasını yerinə yetirmir.
Həkim vurğulayıb ki, çox az hərəkət edən insanlar tez-tez əhvalın pisləşməsi, enerji çatışmazlığı və ümumi vəziyyətin zəifləməsi ilə üzləşirlər. Onun məlumatına görə, gündə 2500 addımdan az yerimək çox vaxt ruh düşkünlüyü və kədər hissi ilə müşayiət olunur.
Həkim əlavə edib ki, fiziki aktivliyin hətta az miqdarda artırılması belə orqanizm üçün faydalıdır. Gündə 20-30 dəqiqə sürətli yerimək, daha intensiv tempdə hərəkət etmək, yoxuşlara qalxmaq və ya qısa güc məşqləri həm fiziki, həm də emosional sağlamlığı möhkəmləndirməyə kömək edir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 29 May 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















