Icma.az
close
up
RU
Həkimdən XƏBƏRDARLIQ: Broyler toyuqları cinsi zəifliyə səbəb ola BİLƏR

Həkimdən XƏBƏRDARLIQ: Broyler toyuqları cinsi zəifliyə səbəb ola BİLƏR

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Broyler toyuğunun insan sağlamığında yaratdığı fəsadlar barədə çox danışılır.  Çünki, broyler toyuqları da GMO məhsulu hesab olunur. Nəzərə alaq ki, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.
 

MÖVZU İLƏ BAĞLI:
Ekspertdən XƏBƏRDARLIQ! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir


Ümumilkdə, broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur. Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrində, toyuqlar 40 gündən sonra kəsilir. Türkiyədə isə bu rəqəm 28 gündür.
Amerika alimlərinin apardığı araşdırmalara görə, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur.
Hətta bu dərmanların sayının 59 olduğu bildirilir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Broyler toyuqlarına vurulan antibiotiklərin 15-26% onların canlarında qalır. Broyler toyuqlarının əti kimi, onun bəzi hissələrinin də istehlakı risklidir.
“Onkoloji xəstəliklərin sayı artdı...”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, 90-cı illərdə ölkəmizdə “fransız budu” adlanan toyuq budları satılırdı:
“Fransadan gətirilən toyuq budları çox ucuz idi. Ona görə də imkansız insanların qida rasionunda “fransız budu” xüsusi yer tuturdu. Bir mütəxəssis kimi təəssüflə deməliyəm ki, bu cür qidaların qəbulundan sonra ölkəmizdə onkoloji xəstəliklərin artması müşahidə olundu. Onkoloji xəstəliklərin sayının və diapozonunun artmasını birbaşa həmin budlarla əlaqəli olmasını deyə bilməsək də, süni şəkildə hormonal preparatları yeritməklə qidalara mutasiya olunmuş əlavələri qarışdırmaqla onların çəkisini süni şəkildə artıraraq kökəldilmiş  toyuq məhsullarının istifadəsi məhz onkoloji xəstəliklərin artmasına təkan verir”.
Broyler toyuqları niyə zərərlidir?
Müsahibimiz qeyd edir ki, əhalinin böyük hissəsi broyler toyuqlarının daimi istifadəçisidir:
“Nəzərə alaq ki, broyler toyuqları passiv şəkildə böyüyürlər. Onlar təbii işıqlanmadan uzaqdırlar. İstənilən canlı nə qədər çox hərəkət etsə, bir o qədər sağlam olar və orqanizmdə xəstəlik törədən maddələrin, sərbəst radikalların həcmi az olar. Çünki hərəkət zamanı qan dövranı artır və bədəndən xaric olunan toksinləri tər və digər ifrazat vasitələri ilə xaric edilir. Nəticədə orqanizmin daxili mühiti sərbəst qalır. Bu da sağlamlığın əsas əlamətlərindən biridir.
Lakin broyler toyuqları passiv böyüyürlər. Ancaq bədənin zülal hissəsi arıtır. Sümük sistemi tam formalaşmır, sümükləri çox kövrək olur. Eyni zamanda, 14-16 həftəyə böyüməli olan toyuqlar cəmi 40-45 günə yetişdirilir, özü də yüksək çəki ilə. Bu isə o deməkdir ki, həmin toyuqların əmələ gəlməsi, yetişdirilməsi üçün  hormonal maddələr, streoidlər tətbiq olunur. Bunlarsa süni çəki artımına səbəb olur”.
“Broyler toyuqlarının səbəb ola biləcəyi xəstəliklər”
Abbas Bağırov xatırladır ki, broylerdə toyuqların kütləvi şəkildə xəstələnməsinin qarşısını almaq üçün müxtəlif antibiotiklərdən, müxtəlif vaksinlərdən istifadə edilir:
“Hərəkətsiz qaldıqları üçün həmin dərman preparatları toyuq ətinin tərkibində toplanıb qalır. İnsanlar həmin toyuq ətlərini istehlak edərkən insan orqanizminə keçir. Beləliklə də hormonal məhsullar hormonal sistemin pozulmasına səbəb olur. Digər sərbəst radikallar isə əlavə xəstəliklərin yaranmasına təkan verir.
Hormonal məhsullar gənc nəslə qidalar vasitəsi ilə keçərək həm cinsi inkişafı zəiflədir, həm də cinsiyyət vəzlərinin funksiyasını pozur, həm insulin dirənci, həm patoloji piylənmə yaradır, həm də hərəkət fəaliyyətsizliyi yaradan patologiyalara yol açır. Broyler toyuqlarından daha çox istifadə edən qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi, kişilərdə isə cinsi funksiyanın zəifləməsi, böyrək, qaraciyər xəstəliklərinin və hətta onkoloji xəstəliklərin artması ciddi şəkilə müşahidə olunur”.     
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri