Icma.az
close
up
RU
Həkimdən yox, “TikTok” dan şəfa gözləyənlər

Həkimdən yox, “TikTok” dan şəfa gözləyənlər

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dərman ixtirası üçün farmakologiya üzrə elmi tədqiqat institutunun yaradılması vacibdir.

Son illər Azərbaycanda dərman bazarında problemlər artmaqdadır. Əhali arasında həkim göstərişi olmadan dərman qəbulu, özbaşına müalicə və qeyri-peşəkar məsləhətlərlə dərman alışı kimi hallar geniş yayılıb. Sosial şəbəkələrdə, xüsusilə “TikTok” kimi platformalarda bəzi əczaçıların və ya qeyri-ixtisaslı şəxslərin canlı yayımlarda vətəndaşlara dərman tövsiyə etməsi, reseptsiz satışı təşviq etməsi narahatlıq doğurur. 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) məlumatına görə, cari ilin 10 ayı ərzində aparılan monitorinqlər nəticəsində 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb. Bu fakt bir daha göstərir ki, reseptsiz dərman satışı ilə bağlı nəzarət mexanizmlərinə baxmayaraq, hələ də qaydaların pozulması halları davam edir. 

Əhalinin həkimə müraciət etmədən dərman almasının əsas səbəbləri nədir? 

Mövzu ilə bağlı “Cümhuriyət”- ə açıqlamasında həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev bildirib ki, həkim resepti olmadan dərman qəbul etmək orqanizmə mənfi təsir göstərə bilər: 

“Əhalimizin sağlamlıqla bağlı ən böyük səhvlərindən biri həkim göstərişi olmadan dərman almaqdır. Reseptsiz dərman satmaq Azərbaycanda qanunla qadağan edilməlidir ki, belə hallar baş verməsin. Artıq 43 ildir ki, Tibbi Universitetinin Farmakologiya kafedrasında dərs deyirəm. Az da olsa, bu sahədə  fikir deməyə əsasım var. Reseptsiz dərman qəbul etmək gözübağlı şəkildə özünü okeana atmaq kimidir. 

“Filan dərman yaxşıdır” ifadəsinə mən “Ayıbdır” deyirəm. Niyə? Çünki dərman zəhərdir. Dərman yalnız həkimin əlində olarkən dərmandır. Həkim insanın bədənində olan patologiyaları müəyyən edir və diaqnoza uyğun dərman yazır. Axı bu paltar deyil ki, “Get filan mağazadan al” deyəsən. “Bu dərman yaxşıdır, o pisdir” kimi ifadələr yığışdırılmalıdır”. 

Onun sözlərinə görə, dərman yalnız həkim göstərişi ilə insana xeyir verə bilər: 

“İnsanlar bildirirlər ki, dərmanlarda çatışmazlıqlar var. Lakin bu çatışmazlıqların səbəbi dərmanların satıldığı apteklərə nəzarət edən sistemlərin özündədir. Təsadüfən səhvlər ola bilər, amma bilərəkdən dərmanın saxlanması, keyfiyyəti və qiymətlərin normallaşdırılması məsələləri mütləq həll olunmalıdır. 

İnsanlarımız anlamalıdırlar ki, həkim göstərişi olmadan dərman qəbul etmək olmaz. Dərman həkimin göstərişi və diaqnoz əsasında, müvafiq dozada qəbul edilərsə, xəstəyə xeyir verir. İnsanı sağaldan həkim və xəstənin özüdür, dərman və qidalar isə sadəcə vasitədir. Buna görə də bu məsələdə məsuliyyətsizlik aradan qaldırılmalıdır”. 

Həkim qeyd edib ki, keyfiyyətli dərman istehsalı üçün zavodlar açılmalıdır: 

“Apteklərdə hərtərəfli, cəmiyyətimiz üçün ən keyfiyyətli dərmanlar təqdim olunmalıdır. Bu, mənim də arzu və istəyimdir. Dərman zavodlarımız açılmalıdır. Azərbaycanın flora və faunası buna tam imkan verir. Yeni dərmanların ixtirası üçün dərmanların öyrənilməsi və farmakologiya elmi tədqiqat institutunun yaradılması vacibdir. 

Bizim müvafiq alimlərimiz, kimyaçılarımız və farmakoloqlarımız var. Onların çoxu vaxtilə SSRİ Farmakologiya Elmi Tədqiqat İnstitutunda çalışıb. Şəxsən mən də SSRİ-də ilk antioksidan preparat olan “Meksidon”un müəllifiyəm. Bunun səbəbkarlarından biri də o vaxt SSRİ Nazirlər Sovetinin birinci müavini, ulu öndərimiz Heydər Əliyev idi. 

O vaxt mən elmi tədqiqat işinə qəbul olundum və həmin dərmanın müəllifi oldum. Əhalimiz bilməlidir ki, dərman elə-belə yaranmır. Ümid edirəm, yaxın gələcəkdə bizim də dərman zavodlarımız açılacaq. Əgər dərmanlarla bağlı həkimlərimizin dedikləri cəmiyyətdə qanun kimi qəbul olunsa, həm problemlərimiz, həm də xəstəliklərimiz xeyli azalacaq”. 

Gülər
"Cebheinfo.az"

Açar sözlər: “TikTok” dərman Aydın Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri