Icma.az
close
up
RU
Həkimə qarşı şok iddia “Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!“

Həkimə qarşı şok iddia “Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qusar rayonu, Suduroba kənd sakini Qonaqov Şahin Qasim  oğlu, həyat yoldaşı  Qonaqova Marina Aslan qızının süni mayalanma sonrası həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

Moderator.az xəbər verir ki, şikayətçinin verdiyi məlumata görə, həyat yoldaşı süni mayalanma yolu  ilə hamilə qaldıqdan sonra həkim səhlənkarlığı və laqeyd münasibət səbəbindən ağır vəziyyətə düşüb.  

İddiaçi bildirir ki, süni mayalanma Dr. Mehman Həmzəyev tərəfindən həyata keçirilib:

 “Hamiləliyin dördüncü ayından etibarən səhhətində problemlər yaranmağa başladı. Lakin həkim hər dəfə narahatçılığa baxmayaraq, heç bir problemin olmadığını bildirərək bizi sakitləşdirməyə çalışdı. Yoldaşımın səhhəti daha da pisləşdikdən sonar Qusar rayon xəstəxanasına müraciət etdik. Orada mənə bildirdilər ki, vəziyyəti kritikdir və klinikada yatmalıdır. Lakin Dr. Mehman Həmzəyev bu barədə məlumat aldıqda, heç bir tədbir görməyə ehtiyac olmadığını söylədi. Həkim sadəcə maye qəbul etməyi tövsiyə etdi. Yanvarın 10-da  yoldaşımı Bakıya, Dr. Mehman Həmzəyevin yanına müayinəyə apardım. O, müayinədən sonra preeklampsiya diaqnozu qoydu və bildirdi ki, dövlət xəstəxanasından arayış alıb xəstəxanaya yerləşdirilməlidir. Biz kənd sakinləri olduğumuz üçün onun tövsiyəsinə əməl edərək geri döndük. Lakin Quba xəstəxanasında həkim bizə dedi ki, əgər əməliyyat aparılarsa, həm ana, həm də körpələr həyatını itirəcək. Bunu eşidib qorxudan xəstəxanadan ayrıldıq. Quba xəstəxanasında təcili tibbi yardım maşını belə tapılmadığı üçün biz öz imkanlarımızla Bakıya gəldik”.

Şikayətçi əlavə edir ki,  Bakıya gəldikdən sonar yoldaşının  vəziyyəti daha da ağırlaşdığı üçün  Dr. Mehman Həmzəyevə yenidən müraciət etdi:

 “O isə bizə 10,000 manatlıq əməliyyatın vacib olduğunu və məbləği tam ödəmədiyimiz halda əməliyyat aparmayacağını bildirdi. Halbuki, hamiləliyin əvvəlində bizə ehtiyat olaraq 4,000 manat saxlamağı məsləhət görmüşdü və vəziyyətin bu qədər ciddi ola biləcəyini deməmişdi. Əlimizdə cəmi 4,000 manat olduğuna görə, o, bizə heç bir güzəşt etməyəcəyini və hətta 50 manat az olsa belə, əməliyyatı icra etməyəcəyini dedi. Gecə saatlarında müxtəlif həkimlərə müraciət etsək də, heç kim bu vəziyyətdə yoldaşımı qəbul etmədi və həyati təhlükə ilə üz-üzə qaldı”.

İddiaçı sözünə davam edərək bildirib ki, yoldaşının qanına  zəhərlənmə keçdiyi üçün başqa həkim tərəfindən 32 həftəlik  təcili əməliyyat olundu:

“Həkim tərəfindən edilən müdaxilə nəticəsində uşaqlar dünyaya gəlsə də, yoldaşımın vəziyyəti get-gedə ağırlaşır. Müalicə prosesi boyunca  maddi və mənəvi çətinliklərlə üzləşirik. Qusar xəstəxanasında ana öz məsuliyyətini qəbul etdiyinə dair sənədlərə imza atsa da, proseslər peşəkarcasına aparılmayıb. Xəstənin əvvəlcədən yalnız bir həkimə etibar etməsi, başqa seçim imkanlarının məhdudlaşdırılması və yanlış yönləndirilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Əməliyyatdan sonra xəstəxanalarda göstərilən münasibət, lazımi müalicənin gecikdirilməsi və yüksək məbləğdə ödəniş tələbləri bizi çıxılmaz vəziyyətə salıb. 25.000 manat ödəniş edilsə də, ümumi borc 41.000 manata qədər artıb və ailə daha 17.000 manat ödəməyə məcbur olmuşuq. Bu müddət ərzində Dr. Mehman Həmzəyevin göstərdiyi səhlənkar münasibət, insan həyatını təhlükəyə atması və yalnız maddi maraqları üstün tutması bizi dərin şəkildə məyus etdi. Bu səbəbdən, məsələ ilə bağlı rəsmi araşdırma aparılmasını, Dr. Mehman Həmzəyevin fəaliyyətinin yoxlanılmasını və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri