Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Zülalı yoxlanılmadı, doğuşdan sonra komaya düşdü Məşhur həkimə qarşı ŞOK İDDİA

Zülalı yoxlanılmadı, doğuşdan sonra komaya düşdü Məşhur həkimə qarşı ŞOK İDDİA

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keysəriyyə üsulu ilə doğuş edən gənc qadın komaya düşüb.

Bu barədə Lent.az-a zərərçəkən 28 yaşlı Quliyeva Şəhla Muxtar qızının yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, əməliyyat iyulun 28-i gecə saatlarında “Baku Medical Plaza”da, ginekoloq Təravət Məmmədova tərəfindən keçirilib:

“Şəhla 5 ay idi ki, Təravət həkimin nəzarətində idi. Əvvəlki analizlərdə xəstədə zülalın çox olduğu bildirilmişdi. İyulun 8-də də yoxlanışda zülal yüksək çıxdı Amma ayın 21-i və 27-si təzədən yoxlanışa çağırsalar da, heç birində zülal analizi götürülməyib. 28-i zəng ediblər ki, gecə gəlin əməliyyat edək. Gecə saat 1-də əməliyyat baş tutdu. Doğuşdan əvvəl təzyiqi aşağı düşüb, dərman verib salıblar əməliyyata. Bizə dedilər ki, ana və uşağı əməliyyatdan problemsiz çıxıb. Lakin 20 saat sonra vəziyyət dəyişdi. Hələ günorta da Şəhlanın təzyiqi 180-ə qalxıbmış. O, zəng edib atasına bu məlumatı verərək, deyib ki, dərman vasitəsilə təzyiqi aşağı salınıb. Amma axşamtərəfi yenə təzyiqi 200-ə qalxıb və beyninə güclü qan sızıb. Qan beyin kötüyünü ciddi zədələyib və xəstəmizə beyin ölümü diaqnozu qoyulub”.

Zərərçəkənin yaxınları bildirib ki, Şəhla Quliyevanın təzyiqi təhlükəli vəziyyətə qalxandan sonra da o, nəzarətdə saxlanılmayıb. Həmçinin qadın doğuş edəndən sonra reanimasiyaya yerləşdirilməli olduğu halda, palataya yerləşdirilib. Yalnız beyninə qansızma olandan sonra Şəhla Quliyeva reanimasiya şöbəsinə aparılıb:

“Xəstəxanadan dedilər ki, artıq əməliyyat edə bilmərik. Ancaq biz xarici həkimlərlə maraqlandıq, sən demə 4 saat ərzində əməliyyat olunmalı imiş. Biz dedik ki, əməliyyat olunmasına razıyıq, lakin xəstəxana yenə də əməliyyatdan boyun qaçırdı. İyulun 28-dən bugünədək xəstəmiz süni tənəffüs aparatına qoşuludur. Xəstəxana beyin ölümü diaqnozu qoyub”.

Şəhla Quliyevanın ailəsi Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə şikayət etdiklərini, Prezident Administrasiyasına da şikayət edəcəklərini deyib. Onlar həmçinin yaxınlarının başına gələn olayda sadəcə Təravət Məmmədovanı deyil, cərrahı, neyrocərrahı, reanimasiya şöbəsinin və digər tibb işçilərinin də günahı olduğunu iddia edirlər.

Ailə həmçinin yeni doğulan körpənin də vəziyyətinin yaxşı olmadığını iddia edib. Onların sözlərinə görə, uşaq ana bətnində ikən böyrək genişlənməsi olub. Körpə doğulandan dərhal sonra heç bir analiz götürülməyib. İki gün sonra götürülən analizlərdə məlum olub ki, uşağın ürəyində yırtıq, tənəffüsündə problem var və ürəyində çəpərin qalınlığı daha çoxdur. Həmçinin bədənində də infeksiya yayılıb. Nəticədə uşaq da reanimasiyaya yerləşdirilib.

Lent.az-ın əməkdaşı iddiada qeyd olunan klinika ilə əlaqə saxlayıb. “Baku Medical Plaza”dan hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri