Icma.az
close
up
RU
Həkimin maaşını xəstələr verəcək: Məmnun qalsalar...

Həkimin maaşını xəstələr verəcək: Məmnun qalsalar...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı və tənzimləmə mexanizmi tətbiq olunub. 

Həkimlərin stimullaşdırıcı ödənişləri artıq pasiyent məmnunluğundan da asılı olacaq. Pasiyent xidməti 1-dən 5-dək qiymətləndirəcək, aylıq orta göstərici hesablanacaq və nəticədən asılı olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8-1,2 əmsalı tətbiq ediləcək. Yəni həkimin xəstəni məmnun etməsindən asılı olaraq, maaşı  20 % arta bilər və ya məmnun etməyən həkim maaşı 20% azala bilər. 

Məsələn, aylıq stimullaşdırıcı ödənişi 2 500 manat olan həkim üçün 0,8 əmsalı bu məbləği 2 000 manata endirəcək, 1,2 əmsalı isə 3 000 manata qaldıracaq. Deməli, eyni baza göstəricisinə malik iki həkimin yalnız pasiyent məmnuniyyətinə görə aylıq ödənişi arasında 1 000 manat, illik isə 12 000 manat fərq yarana bilər. 

Pasiyent məmnuniyyəti həkimlərin fəaliyyətini stimullaşdıracaqmı, onların fəaliyyətinə müsbət təsir edəcəkmi? Həkimləri daha yaxşı işləməyə sövq edəcəkmi? 

Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, məmnuniyyətniyyət ancaq xəstə özünü yaxşı hiss edəndə, müalicədən effekt görəndə olur: 

“Xəstə həkimin yanına gəlir və həkim də onu gülərüz qarşılayıb, resept yazsa da, hələ o, dərmanları qəbul etməyib. Qapıda da dayanıb məmnuniyyət soruşduqda xəstə deyə bilər ki, çox gözəl həkimdir, yaxşı insandır. 

Ancaq gedib dərmanları qəbul etdikdən sonra görsə ki, yaxşı olmaq əvəzinə səhhəti daha da pisləşir, bu zaman xəstə həkimlə bağlı tamamilə başqa fikirdə olacaq. 

Bəs bu zaman həmin ardıcıllığı kim müəyyənləşdirəcək? Məsələn, ASAN xidmətə müraciət etdikdə oradakı prosesdən sonra soruşurlar ki, razı qaldınızmı? Vətəndaş da istər-istəməz “yaxşıdır”, yaxud “pis deyil” deyir. 

Yəni xidmət pis də olsa, vətəndaş demir. Müsəlman dünyasında belə bir fikir var ki, heç kəsə pislik etmirəm. Xəstənin də fikirlərini müəyyən etmək olmur ki, o, səmimi şəkildə deyir, ya yox”. 

R.Bağırov deyib ki, həkimin funksiyası xəstəni sağaltmaqdır: 

“Xəstə üçün isə əsas odur ki, xəstəlikdən xilas olsun. Xəstəni də xəstəlikdən hansı həkim daha yaxşı xilas edirsə, onun xəstələri çox olur. Artıq bu məmnuniyyətdir. Hətta həkim xəstə ilə kobud davransa da, pasiyent onu məmuniyyətlə qəbul edəcək, yəni “Həkim qışqırsa belə, əsas odur ki, yaxşı müalicə yazsın, sağalım” deyəcək. Həkim savadlı həkimdirsə, o, heç bir xəstəyə pis müalicə yazmaz. 

Çünki xəstə ondan nə qədər razı qalsa, gedib başqa yerdə deyəcək ki, filan həkim yaxşı müalicə edir. Yəni pasiyent məmnuniyyəti ilə bağlı səmimiyyət söhbəti bir qədər süni alınır. 

Ümumilikdə hamı qəbulunda olduğu həkimi “yaxşı” dəyərləndirsə, sonra da gedib düşünəcək ki, hansısa problemi demək olardı. Ümumilikdə bu, mücərrəd prosesdir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: həkim Rasif Bağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri