Kreml məmnun görünür, amma...
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Ukrayna böhranının həlli istiqamətində ABŞ ilə irəliləmək istədiyini, lakin məsələnin texniki detalları ilə bağlı hələ çox iş görülməli olduğunu bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya və ABŞ-nin Ukrayna böhranının həllinə doğru irəliləmək istədiklərini ifadə edib:
“Bu mövzuda ortaq bir anlaşma var. Lakin texniki məsələlərdə çox iş görülməlidir”. Rusiya ilə ABŞ arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlara başlandığını qeyd edən Peskov Qara dənizdə gəmilərin təhlükəsizliyi barədə təşəbbüsün danışıqların gündəmində olduğunu qeyd edib. Rusiya ordusunun prezident Vladimir Putinin Ukraynanın enerji qaynaqlarına hücum etməmək əmrini yerinə yetirdiyini qeyd edən Peskov deyib: “Vəziyyəti diqqətlə izləyirik. Amerikalı həmkarlarımızın da bunu izləmək və təhlil etmək imkanı var”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 24 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















