Icma.az
close
up
RU
Həkimlər bu halda günahkar sayılacaq

Həkimlər bu halda günahkar sayılacaq

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tibbi müdaxilədən sonra xəstənin vəziyyətinin pisləşməsi və ya arzuolunmaz fəsadların yaranması cəmiyyətdə çox vaxt avtomatik olaraq həkim səhvi kimi qiymətləndirilir.

Halbuki hər mənfi tibbi nəticə həkimin hüquqi məsuliyyəti üçün əsas yaratmır. Burada əsas məsələ həkimin tibbi standartlara uyğun davranıb-davranmaması, düzgün diaqnoz qoyub-qoymaması, müalicə taktikasını düzgün seçib-seçməməsi və pasiyenti mümkün risklər barədə lazımi qaydada məlumatlandırıb-məlumatlandırmamasıdır.

Ali Məhkəmənin tibbi mübahisələrlə bağlı açıqlaması isə mühüm bir sualı gündəmə gətirir: Xəstə müalicənin nəticəsindən narazıdırsa, həkimin səhv etdiyini necə sübut etmək olar? Tibbi səhv ilə müalicənin arzuolunmaz nəticəsi arasında hüquqi baxımdan hansı fərq var? Həkim hansı hallarda məsuliyyət daşıyır, hansı hallarda isə məsuliyyətdən azad olunur?

Professor Adil Qeybulla Musavat.com-a açıqlamasında deyib ki, ölüm hallarına ümumi yanaşmaq və bütün hallarda məsuliyyəti həkimin üzərinə qoymaq düzgün deyil: 

"Çünki ölümə səbəb ola biləcək müxtəlif yatrogen mənşəli amillər də mövcuddur. Bütün bu məsələlər fərdi şəkildə araşdırılmalıdır, çünki ölümün səbəbi hər zaman həkimlə bağlı olmaya bilər, başqa yatrogen mənşəli amillər də mümkündür. Xüsusilə əməliyyatdan sonrakı yaxın dövrdə baş verən ölüm hallarında ölümün birbaşa səbəbini müəyyənləşdirmək üçün autopsiyanın aparılması mühüm əhəmiyyət daşıyır.Ona görə də baş verənlərə ümumi qiymət vermək düzgün deyil. Təəssüf ki, hazırda dünyasını dəyişən xəstələrin heç biri araşdırılmır, diaqnozları dəqiqləşdirilmir və bu da şayiələrin yaranmasına səbəb olur. Şikayət edildikdə isə prosesin düzgün aparılması üçün meyit eksqumasiya olunmalı, yəni qəbirdən çıxarılıb yenidən təşrih edilməlidir. Bütün bu problemləri qaydaya salmaq və sistemləşdirmək lazımdır".

Adil Qeybulla əməliyyatdan əvvəl xəstənin yanaşı xəstəliklərinin nəzərə alınmasının da mühüm olduğunu qeyd edib. Onun sözlərinə görə, əvvəlcədən müəyyən edilməyən və ya lazımi şəkildə qiymətləndirilməyən yanaşı xəstəliklər əməliyyatdan sonrakı mərhələdə fəsadlara və ağırlaşmalara səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Avqust 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri