Həkimlər Papa Fransiskin həyati təhlükəsinin olmadığını bildiriblər
Icma.az, Sia Az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Həkimlər Papa Fransiskin həyati təhlükəsinin olmadığını bildiriblər.
Həkimlər xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı məlumat veriblər. SİA xəbər verir ki, Romadakı “Agostino Gemelli” xəstəxanasının həkimləri polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulan pontifikin ən azı bir həftə daha xəstəxanada qalacağını açıqlayıblar. Roma Papasının sağlamlıq vəziyyətinin tam düzəlmədiyi, lakin həyati təhlükəsinin olmadığı bildirilib.
Papanın bəzən nəfəs almaqda çətinlik çəkdiyi, tənəffüs dəstəyi verən heç bir cihazdan istifadə etmədiyi və əhvali-ruhiyyəsinin yaxşı olduğu qeyd edilib.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib. Pontifik ötən illərdə sağlamlıq problemləri ilə əlaqədar bir neçə dəfə xəstəxanada müalicə olunub.

