Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda

“Həkimlərimizi tanıyın!” rubrikamızda

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dr.Kamran Beydullayev böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını Laparoskopik və açıq üsulla icra edir “Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə transplantasiya sahəsində bir çox ilklərə və yeniliklərə imza atan ümumi cərrah və cərrah transplantoloq Kamran Beydullayevi təqdim edirik. DR.KAMRAN BEYDULLAYEV Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kamran-beydullayev/. Dr.Kamran Beydullayev canlıdan-canlıya böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını Laparoskopik (qapalı) və açıq üsulla icra edir. 2025-ci ilin fevral ayında meyit donordan alınan orqan köçürülməsi əməliyyatında Dr.Kamran Beydullayev meyitdən donor əməliyyatını Azərbaycanda ilk dəfə icra edərək icra edərək daha bir ilkə imza atıb. Artıq Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində böyrək və qaraciyər transplantasiyası əməliyyatları canlıdan canlıya və beyin ölümü keçirmiş meyitdən canlıya uğurla həyata keçirilir. Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. O, 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Dr.Kamran Beydullayev 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışmış, 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. Xatırladaq ki, Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Hepatit B və Hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyərin köçürülməsi əməliyyatı uğurla icra olunub. Həmçinin, Dr.Kamran Beydullayevin ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının çap etdirdiyi “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu 2 məqaləsi dərc olunub. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə Kamran həkim laparoskopik yolla icra edib.

Dr. Kamran Beydullayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see306

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see273

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see269

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see268

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see258

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see251

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see251

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see242

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see233

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see218

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see215

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see214

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see213

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see211

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see201

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see200

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri