Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda

“Həkimlərimizi tanıyın!” rubrikamızda

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və nefroloji xəstəliklərin müalicəsində müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən, Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, yüksəkixtisaslı nefroloq Dr. Mirmənsim Məmmədovu Sizə təqdim edirik.
Böyrəklər orqanizmin sağlam fəaliyyətində mühüm rol oynayan həyati orqanlardandır. Böyrək xəstəlikləri, xüsusilə kəskin və xroniki böyrək çatışmazlığı zamanı düzgün diaqnostika, vaxtında müalicə və pasiyentin vəziyyətinə uyğun fərdi yanaşma böyük əhəmiyyət daşıyır. Dr. Mirmənsim Məmmədov uzunillik peşəkar fəaliyyəti ərzində məhz bu istiqamətdə pasiyentlərə yüksək səviyyədə tibbi xidmət göstərən mütəxəssislərdəndir.
Mirmənsim həkimin peşəkar fəaliyyət istiqamətləri
Dr. Mirmənsim Məmmədov Mərkəzi Gömrük Hospitalında nefroloji xəstəliklərdən əziyyət çəkən, eləcə də böyrək transplantasiyası keçirmiş pasiyentlərin poliklinik və stasionar müalicəsini həyata keçirir.
O, eyni zamanda hemodializ kateterinin və daimi hemodializ kateterinin qoyulması, kəskin və xroniki böyrək çatışmazlığı zamanı hemodializ, hemofiltrasiya və izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmaferez, həmçinin böyrəklərin incə iynə biopsiyası kimi tibbi prosedurları həyata keçirir.
Dr. Mirmənsim Məmmədov barədə daha ətraflı məlumat almaq üçün https://customshospital.az/mirmensim-memmedov/ səhifəsinə daxil ola bilərsiniz.
Tibbə aparan yol – təhsil və ilk peşəkar addımlar
Dr. Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008–2009-cu illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında internatura keçərək nefrologiya sahəsində ilkin peşəkar təcrübəsini formalaşdırıb.
2009–2011-ci illərdə Türkiyənin 9 Eylül Universitetinin Nefrologiya kafedrasında təkmilləşdirmə proqramında iştirak edib. 2011–2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi fəaliyyət göstərib.
2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq kimi çalışan Mirmənsim həkim 2018-ci ildən Hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsinə rəhbərlik edir.
Beynəlxalq təcrübə və davamlı inkişaf
Peşəkar fəaliyyətində daim yenilənən tibbi bilik və müasir müalicə metodlarını əsas götürən Dr. Mirmənsim Məmmədov müxtəlif illərdə Türkiyədə keçirilən ixtisasartırma kursları, beynəlxalq konqres və elmi tədbirlərdə iştirak edib.
2015-ci ildə Türkiyənin Akdeniz Universitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursu keçib. Həmin il Ankarada keçirilən XII Beynəlxalq İntensiv Terapiya Konqresində iştirak edib. 2018-ci ildə isə Antalyanın Belek şəhərində keçirilən Beynəlxalq Nefrologiya, Hipertoniya, Dializ və Transplantasiya Konqresinə qatılıb.
2019-cu ildə Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya Xəstəxanasında uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ mövzusunda təkmilləşdirmə kursunda iştirak edib.
Həmin ilin oktyabr ayında isə Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakorporal müalicə üzrə təkmilləşdirmə kursu keçib.
Elmi fəaliyyət və nefrologiyanın inkişafına töhfə
Dr. Mirmənsim Məmmədov klinik fəaliyyəti ilə yanaşı, elmi və maarifləndirici fəaliyyətə də xüsusi önəm verir.
O, 10 mart 2022-ci ildə keçirilən “Nefrologiyanın aktual problemləri” Elmi Konfransında “Diabetik nefropatiya: SGLT2 inhibitorları” mövzusunda təqdimatla çıxış edib.
Bundan əlavə, Mirmənsim həkim 2022-ci ildə ilk dəfə nefrologiya üzrə registr hesabatının aparılmasını həyata keçirib və bu istiqamətdə araşdırmalarını hazırda da davam etdirir.
Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi şəkildə təkmilləşdirən Dr. Mirmənsim Məmmədov yüksək peşəkarlığı, məsuliyyətli yanaşması və pasiyentlərə göstərdiyi diqqət və qayğı ilə Mərkəzi Gömrük Hospitalının peşəkar həkim kollektivində xüsusi yer tutur.
Dr. Mirmənsim Məmmədovun qəbuluna yazılmaq üçün:
(012) 404-08-08
#HəkimlərimiziTanıyın #MirmənsimMəmmədov #Nefroloq #Nefrologiya #EfferentTerapiya #MərkəziGömrükHospitalı #BöyrəkSağlamlığı #Hemodializ #BöyrəkTransplantasiyası

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri