Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın” rubrikasında dr.Bəxtiyar Musayevi təqdim edirik

“Həkimlərimizi tanıyın” rubrikasında dr.Bəxtiyar Musayevi təqdim edirik

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik. SİA xəbər verir ki, dr.Bəxtiyar Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/bextiyar-musayev/# Canımızı çox sevirik, lakin ən çətin və ümidsiz vəziyyətlərdə onlara üz tuturuq. Ağrıyanda, həyatla ölüm arasında qalanda onlara pənah aparır və etibar edirik. Ağxalatlı peşə sahibləri gecə-gündüz xəstənin çarpayısının yanından ayaq çəkmədən bilik, bacarıq, zəhmət və təcrübələri hesabına onu həyata qaytarmağa çalışırlar. Xəstə ayağa qalxıb gözünə işıq, üzünə təbəssüm gələndə bəlkə də ən çox sevinən elə ona bu həyatı bəxş edən həkim olur. Görünür, bu müqəddəs peşə sahibləri ona görə çox sevilirlər və onlara ehtiramla yanaşırlar. Hippokrat andı içən xeyirxah peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ürəklərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Yüksəkixtisaslı cərrah, Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Bəxtiyar Musayev də həyatını bu nəcib və müqəddəs peşəyə həsr edib. O uzun illərdir ki, bütün növ açıq və laporoskopik cərrahi əməliyyatlarını yüksək peşəkarlıqla yerinə yetirərək xəstələrə şəfa verir, onlara sağlamlıq bəxş edir. Onun həkim kimi ən üstün keyfiyyətlərindən biri hər bir xəstəyə qayğı ilə yanaşması, onları öz doğması və əzizi kimi qəbul etməsidir. Tibdə həkimlə xəstənin ünsiyyəti, onunla davranışı və inamı ən mühüm keyfiyyətlərdən biri sayılır. Müasir tibb elmi də sübut edir ki, bəzən mükəmməl tibbi biliklərlə bərabər xəstəyə qarşı göstərilən insani münasibət, ona olan sevgi müalicənin başlıca şərtlərindən sayılır. Bəxtiyar həkimdə olan məhz bu keyfiyyətlər onu xəstələrə daha çox sevdirir. “Həkimlik elminin qanunları” əsərinin müəllifi olan İbn‐Sina deyirdi: “Həkim şahin gözünə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır”. Bəxtiyar həkim keyfiyyətləri özünün elmi bilikləri ilə birləşdirərək bu gün ən tanınmış mütəxəssislərdən birinə çevrilib. O, özünün bilik və bacarığı ilə yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır, peşəkarlığı və elmi ilə qəbul edilir. Həm nəzəri elmi, həm də praktik tibbi uğurları məşğul olduğu sahədə ona şöhrət və hörmət qazandırıb.

Bəxtiyar həkim bir alim kimi ölkəmizdə tibb elminin inkişafına da böyük töhfələr verib. O, 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 4 metodik tövsiyənin müəllifidir. Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları icra edən ilk həkimlərdən biri kimi Azərbaycan səhiyyəsində xeyli uğurlara imza atıb. Xüsusilə qeyd etməyə dəyər ki, yüksəkixtisaslı ümumi cərrah Bəxtiyar Musayev 1984-cü ildə ölkəmizdə perkutan endobiliar əməliyyatının ilk icraçısı olub. Onun istedadı və humanist keyfiyyətləri peşəkar cərrah kimi tanınmasında xüsusi dəyər sayıla bilər. Bəxtiyar həkim həm də uğurlu təşkilatçıdır. Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Bəxtiyar Musayev 3 ilə yaxındır ki, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimi vəzifəsini icra edir. Bu müddət ərzində hospital təkcə ölkəmizin deyil, regionun aparıcı tibb müəssisələrindən birinə çevrilib. Hazırda Gömrük Hospitalı ən müasir tibbi avadanlıqları, dərman vasitələri, innovativ laboratoriya avadanlıqları, tibdə informasiya texnologiyaları və s. ilə təmin edilib. Qeyd etmək lazımdır ki, Bəxtiyar Musayevin rəhbərlik təcrübəsi yalnız Mərkəzi Gömrük Hospitalı ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın bir sıra nüfuzlu özəl tibb müəssisələrində baş həkim kimi fəaliyyət göstərib, hər zaman peşəkar idarəçilik bacarığı, strateji baxışı və tibbi xidmətin keyfiyyəti ilə seçilib. Onun rəhbərliyi altında tətbiq olunan yenilikçi yanaşmalar və inkişaf strategiyaları çalışdığı bütün müəssisələrin uğur qazanmasına və yüksək reputasiya qazanmasına səbəb olub. Həkim peşəkarlığı, təşkilatçılıq bacarığı və nəcib insani keyfiyyətləri ilə rəğbət qazanan tibb elmləri doktoru Bəxtiyar Musayev Hippokrat andına sadiq bir həkim kimi xəstələrin keşiyindədir. Onun həm həkim, həm səhiyyə təşkilatçısı kimi fəaliyyəti gənc tibbi kadrlar üçün əsl örnəkdir.

Xəstələr həmişə çarəni həkim əllərində axtarırlar. Ağxalatlı müqəddəs peşə sahibləri onları həyata qaytarmaq, ağrılarına əncam çəkmək, ömürlərinə ömür calamaq, ən çarəsiz vəziyyətlərdə də qəlblərində ümid işığı yandırmaq, necə deyərlər, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Bəxtiyar həkim də belə xoş məramla yaşadığı üçün ona üz tutan, pənah gətirən xəstələrin, rəhbərlik etdiyi kollektivin sevimlisinə çevrilib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri